close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Xətibzadə: Əhmədriza Cəlalinin edam hökmünün təxirə salınması ilə bağlı müraciətə baxılır

May 17, 2022
1 dəqiqədə oxunur
Xətibzadə: Əhmədriza Cəlalinin edam hökmünün təxirə salınması ilə bağlı müraciətə baxılır

İran Xarici İşlər Nazirliyinin sözçüsü “Səid Xətibzadə” İranda həbsdə olan ikili vətəndaşlıqlı iranlı-isveçli tədqiqatçı “Əhmədriza Cəlalinin” edam hökmü ilə bağlı bunları deyib: “Onlar hökmün başqa vaxtda icra olunmasını xahiş ediblər, istəkləri nəzərdən keçirilir”.

İran xəbər agentliklərinin məlumatına görə, Xətibzadə bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib: "Əhmədriza Cəlali üç il öncə həbs edilib və təhlükəsizlik cəzası var. O, Avropa ölkələrindən biri vasitəsilə İranın milli təhlükəsizliyinə qarşı işləyib və alimlərimizə qarşı itkilərə səbəb olub. Bəzi tərəfdurmalar qəbuledilməzdir. Cəlalinin hökmü çıxarılıb”.

O əlavə etdi: “Onlar hökmün başqa vaxtda icra olunmasını xahiş ediblər, istəklərinə baxılır. Məhkəmə gəlişmələri izləyir”.

Səid Xətibzadə “tələb” edənlərə münasibət bildirməsə də, dörd gün Öncə Aİ-nin ali nümayəndəsi Enrique Mora cümə günü Tehrana səfərinin sonunda İslam Respublikası rəsmilərindən Əhmədriza Cəlalinin edam edilməsininin dayandırılmasını istəyib.

Cənab Mora mayın 13-də cümə günü səhər Tvitter hesabında yazıb ki, o, İran hakimiyyətindən ikili İran-İsveçli tədqiqatçı cənab Cəlalini “humanitar əsaslarla” azadlığa buraxmağı xahiş edib.

Əhmədriza Cəlali iranlı həkim və Təbər Universitetinin professoru və 2017-ci ildə elmi konfransda iştirak etmək üçün İrana gedərkən Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs edilən İsveç vətəndaşıdır və "Yer üzündə fəsad" ittihamı ilə edam cəzasına məhkum edilib. Cənab Cəlali həmişə bu ittihamları təkzib edib.

Əhmədriza Cəlalinin edamına etiraz olaraq siyasi məhbus Fərhad Meysəminin və bir sıra başqa vətəndaş və ictimai fəalların həbsxana daxilində və xaricində aclıq aksiyası keçirməsi ilə eyni vaxtda sosial şəbəkə istifadəçiləri 11 Mayda “Can, cana sipər” həştəqindən istifadə edərək onun edam hökmünün təxirə salınmasını tələb ediblər.

Dünən İranın dövlət televiziyasında müəllimlərin ümummilli etirazları ilə əlaqədar İranda iki Fransa vətəndaşının bu yaxınlarda həbs olunması ilə bağlı video yayımlanıb. İslam Respublikası son illərdə çoxlu sayda əcnəbi və ikili vətəndaşı müxtəlif ittihamlarla həbs edib və həbsdə olan öz vətəndaşları ilə dəyişdirib və bu təcrübə dünyanın müxtəlif ölkələrində hökumətlər və insan haqları təşkilatları tərəfindən “girov götürmə” və “şantaj” olaraq dəfələrlə pislənib və “siyasi məqsədlər” hədəfi olaraq şərh edilmişdir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Tehranda avtobus sürücülərinin tətili və etiraz aksiyası

May 17, 2022
1 dəqiqədə oxunur
Tehranda avtobus sürücülərinin tətili və etiraz aksiyası