close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Siyasət

Ağ Evin sözçüsü: İranla razılaşma yaxın günlərdə baş tuta bilər

Fevral 25, 2022
1 dəqiqədə oxunur
Ağ Evin sözçüsü: İranla razılaşma yaxın günlərdə baş tuta bilər

 

11 Mart 2022

Vyana danışıqlarında iştirak edən tərəflərin JCPOA anlaşmasının taleyi ilə bağlı ziddiyyətli bəyanatları davam edir və son halda Ağ Evin sözçüsü Jen Psaki ABŞ baxımından İranla razılaşmanın yaxın olduğunu bildirib.

Reuters xəbər agentliyi xanım Jen Psaki cümə axşamı, martın 10-da dediklərini dərc edib: “Bizim fikrimiz budur ki, biz razılaşmaya yaxınıq, əslində bir müddətdir ki, razılaşmaya yaxın olmuşuq”.

Ağ Evin sözçüsü ayrıca deyib: “Çətin məsələlər hər zaman danışıqların sonunda qaldırılır”.

Son iki həftə ərzində Vyana danışıqlarının başa çatması və razılaşmanın yekun elanı ilə bağlı dəfələrlə xəbərlər yayılsa da, hər dəfə nədənsə tərəflər anlaşmanı yekunlaşdırmaqdan imtina ediblər.

Ağ Evin sözçüsü bu gün bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ABŞ-ı “bəzi məntiqsiz və əsassız tələblər” irəli sürməkdə və “israfçılıqda” ittiham edərək, razılaşmanın qaçılmaz olduğunu deyib.

Əmir Abdullahiyan AB-nin xarici siyasət üzrə məsul şəxsi Josep Borrell ilə telefon danışığında ABŞ-ın bəzi yeni tələblərinin “rasional əsasa malik olmadığını” və bunun Vaşinqtonun Tehranla tezliklə razılaşmaya dair mövqeyinə zidd olduğunu iddia edib.

Əmir Abdullahiyan ABŞ-ın tələblərini şərh etməyib, lakin görünən odur ki, ölkənin İnqilab Keşikçiləri Korpusuna qarşı sanksiyaların ləğvi və terror siyahısından çıxarılmasına qarşı müqaviməti İran və ABŞ arasında əsas mübahisə məqamlarından biridir.

Rusiya isə JCPOA danışıqlarının mürəkkəbliyini daha da artıraraq yeni mövqe nümayiş etdirib.

Həftənin əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov gözlənilməz bəyanatla çıxış edərək ölkəsinin ABŞ-dan Batının Rusiyaya qarşı sanksiyalarının Moskvanın Tehranla ticarət, texniki və hərbi əməkdaşlığına təsir etməyəcəyinə dair yazılı təminat istədiyini bildirib.

“Wall Street Journal” ötən gecə twitter hesabında Rusiyanın Vyana danışıqlarındakı nümayəndəsi Ulyanovun qeyri-rəsmi olaraq Avropa İttifaqına Sergey Lavrovun tələbinin uzadılması ilə bağlı yenilənmiş Rusiya təklifini təqdim etdiyini və yerindəcə rədd edildiyini yazıb.

Bir çox ekspertlərin fikrincə, Rusiya Ukraynadakı təcavüzkar məqsədlərinə uyğun olaraq JCPOA-nı dirçəltməyin qarşısını alır.

 

Şərhlər

Dini Azlıqlar

Sünni məhbus Həmzə Dərviş yeni iş üzrə həbs cəzasına məhkum edilib

Fevral 25, 2022
1 dəqiqədə oxunur
Sünni məhbus Həmzə Dərviş yeni iş üzrə həbs cəzasına məhkum edilib