close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Yusif Sələhşur həbs cəzasına məhkum edilib

Mart 29, 2022
1 dəqiqədə oxunur
Yusif Sələhşur həbs cəzasına məhkum edilib

Təbrizdə yaşayan Azərbaycanlı mədəni fəal Yusif Sələhşur Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən rejimə qarşı təbliğat ittihamı ilə 1 il həbs və 2 il ölkədən çıxış qadağası və 2 il kiber fəaliyyət qadağası ilə cəzalandırılıb.

Doğu Azərbaycan Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi bu Azərbaycanlı mədəni fəala qarşı irəli sürülən "telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək və iğtişaş törətmək və asayişi pozmaq" ittihamından bərat hökmü vermişdi.

Yusif Sələhşur 25 İyulda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, dindirilməsi başa çatdıqdan sonra 11 Avqustda Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü və nəhayət 14 Avqustda girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılmışdır.

Xatırlatmalıyıq ki, mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının,  çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində "Təbriz" şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.

Mitinq zamanı və mitinqdən sonra Təbriz, Ərdəbil, Urmiyə, Nəsimşəhr, Bostanabad və Spiran şəhərlərində onlarla Türk mədəni fəal saxlanıldı. Keçən aylarda onlarca saxlanılan fəal həbs, şallaq və cərimə cəzasına məhkum edilib.

Cənab Sələhşur Təbrizdə yaşayan mədəni fəal və Azərbaycanlı rəqs təlimatçısıdır və daha öncə də dəfələrlə təhdid edilib, saxlanılıb və həbs edilibdir.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

 

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Siyasət

Josep Borrell: Rusiya İranın neft embarqosunun qaldırılmasını istəmirdi

Mart 29, 2022
1 dəqiqədə oxunur
Josep Borrell: Rusiya İranın neft embarqosunun qaldırılmasını istəmirdi