close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Səid Əfkari: Həbsxanada Vəhidin əlini sındırıblar və bizə atəş açıblar

Aprel 4, 2022
1 dəqiqədə oxunur
Səid Əfkari: Həbsxanada Vəhidin əlini sındırıblar və bizə atəş açıblar

Nəvid Əfkarinin qardaşı Səid Əfkari Dünən, 3 Aprel 2022-ci il bazar günü öz twitter hesabında yazıb ki, həbsxana rəhbərliyi onun məhbus qardaşı Vəhidi döyüb və əlini sındırıb.

Nəvid Əfkari 2018-ci ilin Sentyabrında Şiraz Su Təşkilatının mühafizəçisinin qətlinə görə 2020-ci ilin Avqustunda keçirilən etiraz aksiyaları zamanı edam edilmiş etirazçı güləşçi idi.

Onun iki qardaşı Həbib və Vəhid Əfkari də Şirazdakı Adilabad Həbsxanasında təkadamlıq kamerada həbs edilmişdilər və eyni zamanda qətldə iştirak etməkdə günahlandırılaraq Nəvidə qarşı etiraf etmək üçün təzyiqlərə məruz qalırdılar.

Səid Əfkarinin dediyinə görə, oğlunu ziyarət etmək üçün həbsxanaya gedən ailəsi onun döyüldüyünü öyrəndikdən sonra həbsxana rəhbərliyinə etiraz edib, lakin məmurlar tərəfindən atəşə məruz qalıblar.

O, hadisə ilə bağlı təfərrüatlı yazıb ki, qardaşı Vəhidlə həftəlik ziyarət üçün Adilabad həbsxanasına gedəndə görüblər ki, “Əli sarğılıdır”.

Səid Əfkari deyir ki, qardaşı Vəhidin əlinin sarğı ilə bağlanmasına səbəb onun təkadamlıq kameraya köçürülməsini istəyən başqa bir siyasi məhbusu dəstəkləmək üçün həbsxana rəsmilərinə etiraz etməsi və məmurların Vəhidi döyməsi və cavab olaraq qolunu sındırması olub.

Səid Əfkarinin dediyinə görə, Vəhid Əfkarinin yaralı qolunu görmək həbsdən yenicə müvəqqəti çıxan qardaşı Həbib Əfkarini “qəzəbləndirib” və Həbib onların etirazına cavab verəcək bir məmur tapmaq üçün həbsxanadan çıxdı: “Biz qışqırmağa başladıqdan sonra onların zabitləri binaların başından bizə atəş açdılar. Onların qarşısında sinəmizi tutub, vur dedikdə, atəşlər dayandı”.

Etiraz və güllələnmədən sonra Vahid Əfkari ilə görüşə icazə verilmədiyini təsdiqləyib və bildirib ki, qardaşım üçün çox narahatıq” və vurğulayıb “Bizim yolumuz Nəvidin yoludur və ölümdən qorxmuruq”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Təbrizdə bəzi bölgələrdə çörəyin qiyməti artıb

Aprel 3, 2022
1 dəqiqədə oxunur
Təbrizdə bəzi bölgələrdə çörəyin qiyməti artıb