close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

2018-ci il etiraz aksiyalarında həbs olunan Mehdi Salihi həyatını itirdi

Aprel 15, 2022
1 dəqiqədə oxunur
2018-ci il etiraz aksiyalarında həbs olunan Mehdi Salihi həyatını itirdi

2018-ci ilin yanvarında keçirilən etiraz aksiyalarında həbs olunan və edama məhkum edilmiş siyasi məhbus Mehdi Salihi Qala Şahroxi xəstəxanada həyatını itirdi.

Cənab Salihi keçən il 14 Yanvar cümə günü İsfahan həbsxanasında səhv dərman vurulduğu üçün insult keçirib və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, bu məhbus təhlükəsizlik tədbirləri altında xəstəxanaya köçürüldükdən sonra çarpayıya bağlanıb və həyat yoldaşının ona yalnız bir neçə dəfə baş çəkməsinə icazə verilib.

Deyilənə görə: Mehdi Salihi komadan təzəcə çıxmışdı və fiziki vəziyyəti yaxşılaşırdı, lakin cümə axşamı günorta saatlarında xəstəxanadan gələn telefonla onun ölümü barədə ailəsinə məlumat verilib.

Mehdi Salihi Qala Şahroxi 1983-cü ildə anadan olub və doqquz yaşında bir övladı var.

O, 2018-ci ilin Yanvarında İsfahandakı etiraz aksiyalarında tutulan başqa dörd nəfərlə birlikdə “iğtişaşçıların məqsədlərinə çatmaq üçün effektiv səylər göstərərək başqalarının haqlarına təcavuz etmək”, “Məmurlara qarşı silahdan istifadə etməklə Moharebeh və ictimaiyyəti təhlükəsizlikdən məhrum etmək niyyətibdə olmaq” və "İctimai təhlükəsizliyi pozmaqla yer üzündə korrupsiya və iğtişaşçıları ictimai asayişi pozmağa və ictimai rəyi narahat etməyə yönəltməklə" ittiham edilərək edam cəzasına məhkum edildi.

Mehdi Salihi ittihamları rədd edib və demişdi ki, 2018-ci ilin Yanvarında etiraz aksiyaları zamanı yaralananlardan və daha sonra da ölənlərdən birinin atasının ondan kömək istəməsi zamanı öldürülən şəxsi başqa yerə köçürdüyü zamanı ov tüfəngi ilə yaralanıb.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Siyasət

Ağ Ev İnqilab Keşikçilərinin komandirinin təhdidlərinə reaksiya göstərdi

Aprel 14, 2022
1 dəqiqədə oxunur
Ağ Ev İnqilab Keşikçilərinin komandirinin təhdidlərinə reaksiya göstərdi