close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

İranda isveçli turist saxlanılıb

May 6, 2022
1 dəqiqədə oxunur
İranda isveçli turist saxlanılıb

Gohərdəşt həbsxanasının keçmiş prokuror yardımcısı Həmid Nurinin məhkəməsi ilə bağlı İran və İsveç arasında gərginlik artdığı bir vaxtda İsveçin Aftonbladet qəzeti cümə axşamı yazıb ki, bir turust qafiləsi ilə başqa İsveçlilərlə İrana gedən 30 yaşlarındaki bir isveç vətəndaşı hazırda İranda saxlanılıb.

“Aftonbladet” bu hərəkəti “məlumatlı mənbənin” sitatına əsasən yazır “İsveç vətəndaşlarının oğurlanması və saxlanılması ehtimalı ilə bağlı xəbərdarlıq Həmid Nurinin məhkəməsinin İsveçdə keçirilməsi ilə bağlıdır”.

Məlumata görə, saxlanılan isveçli ötən həftə bir neçə günlük səyahətdən sonra İranı tərk etməli olduğu zaman həbs edilib.

Xarici İşlər Nazirliyi də “Aftonbladet”ə 30 yaşlı isveçlinin İranda saxlanıldığını təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Qəzet yazır ki, İsveçin Tehrandakı səfirliyi indi bu məsələ ilə bağlı əlavə məlumat axtarır və İran rəsmiləri ilə əlaqə saxlayır.

Bu qəzetin xəbəri Həmid Nuriyə istinad edir. Nuri 1988-ci ildə Kərəcdəki Gohərdəşt həbsxanasında siyasi məhbusların kütləvi edamında iştirak etməkdə ittiham olunur və hazırda İsveçdə həbsdə saxlanılır və o, eyni ittihamlarla mühakimə olunur.

Mayın 4-də, İsveçdə Həmid Nurinin məhkəməsinin son günü, İsna xəbər agentliyi İran-İsveç ikili vətəndaşlıqlı tədqiqatçı Əhmədriza Cəlalinin daha iki həftə müddətinə edam ediləcəyini elan edib.

Bu hökumət praktikası bütün dünyada hökumətlər və insan haqları təşkilatları tərəfindən dəfələrlə pislənilmiş və “siyasi məqsədləri irəli sürmək” məqsədi ilə “girov alma” və “qəsb” kimi şərh edilmişdir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İrna Xəbər Agentliyi: Hormozgandaki alkoqol qurbanları haqqında məlumat yaymaq dayandırıldı

May 5, 2022
1 dəqiqədə oxunur
İrna Xəbər Agentliyi: Hormozgandaki alkoqol qurbanları haqqında məlumat yaymaq dayandırıldı