close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Əkbər Abülzadə Əhər şəhərində həbs edilib

İyun 7, 2022
1 dəqiqədə oxunur
Əkbər Abülzadə Əhər şəhərində həbs edilib

Azərbaycanlı mədəni fəal Əkbər Əbülzadə bu gün, 8 iyun 2022-ci il çərşənbə axşamı səhər saat 10:30-da Əhər şəhərində həbs edilib.

Bu azərbaycanlı fəalın həyat yoldaşı Sara Xodakərəmi İnstagram səhifəsində yazıb: Ola bilsin ki, Əkbər Əbülzadənin tutulması 2015-ci ildə Fitilə adlı təhqiredici TV proqramına olan kütləvi küçə etirazlarda iştirak etdiyinə görə 10 aylıq həbs cəzası üçün baş verib.

Xatırlatmalıyıq ki, Əkbər Abülzadə, mədəni fəaliyyətinə görə dəfələrlə həbs olunub.

Tehranda yaşayan inşaat mühəndisi Əkbər Abülzadə 2015-ci il noyabrın 9-da Azərbaycanın şəhərlərində İran İslam Respublikası TV-sində yayımlanan təhqiredici proqrama (Fitilə) etirazlarla eyni vaxtda Əhərdə həbs edilmişdi.

Noyabr 2015, İran dövlət televiziyasında uşaqlar üçün yayımlanan "Hotel Fitilə" adlı bir televiziya verilişinin yayımlanmasının ardından, İranın onlarla şəhərində “Türklərə qarşı irqçi və təhqiredici” və “Türk uşaqlara qarşı aşağlayıcı ifadələrə” görə geniş etiraz nümayişləri keçirdi. Azərbaycan mədəni fəalları tərəfindən "anti-irqçi etirazlar" olaraq bilinən hadisədə yüzlərlə Azərbaycanlı saxlanıldı və onlarla adam həbs cəzasına məhkum edildi.

Təhlükəsizlik qüvvələri etiraz aksiyaları zamanı və sonrakı günlərdə onlarla insanı nəzarətə götürdü. Bu etiraz mitinqləri ilə əlaqədar olaraq, saxlanılan 25 nəfər üçün Məhkəmə tərəfindən yarğı prosesi başladı və təxminən iki il sonra Doğu Azərbaycan əyalətinin məhkəmələri ən azı altı Əhərli vətəndaşı yeddi aydan on aya qədər həbs cəzasına məhkum etdilər.

Şərhlər

Xəbərlər

İranda təqaüdçülərin aksiyası; Təbrizdə Rəisiyə ölüm şüarları səsləndirildi

İyun 7, 2022
1 dəqiqədə oxunur
İranda təqaüdçülərin aksiyası; Təbrizdə Rəisiyə ölüm şüarları səsləndirildi