close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Ali Məhkəmədə hökmün pozulmasına baxmayaraq Abbas Lisani barədə qərar qüvvədə saxlanılıb

İyun 8, 2022
1 dəqiqədə oxunur
Ali Məhkəmədə hökmün pozulmasına baxmayaraq Abbas Lisani barədə qərar qüvvədə saxlanılıb

Ərdəbil Apellyasiya Məhkəməsinin Abbas Lisani barədə çıxardığı hökmü Ali Məhkəmə pozsa da, birinci instansiya məhkəməsi tanınmış fəalın 8 il həbs və Yəzd şəhərində 2 il məcburi yaşamaq hökmünü qüvvədə saxlayıb.

Azərbaycanın tanınmış siyasi məhbusu Abbas Lisaniyə “Səna” internet saytı vasitəsilə gələn iddia ərizəsində bildirilib ki, Ali Məhkəmənin Birinci Şöbəsi vəkil Seyid Məhəmməd Riza Fəqihinin tələbi ilə işə yenidən baxıb və məhkəmənin hökmü ilə bağlı məhkəmə qərarı verib və 8 il həbs və 2 il Yəzddə sürgün cəzasını qüvvədə saxlayıb.

Ali Məhkəmənin Birinci Şöbəsi, Ərdəbil İnqilab Məhkəməsinin Birinci Şöbəsi kimi, "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup və cəmiyyət yaratmaq və idarə etmək” ittihamı ilə kifayətlənib.

Abbas Lisani Ərdəbilli şairi, yazıçı və mədəni fəaldır. Bu siyasi məhbus Ərdəbil Mərkəzi Həbsxanasında 15 illik həbs cəzasını çəkir. Keçən ilin iyul ayında Ali Məhkəmə, Abbas Lisaninin etirazını rədd edərək, onun Ərdəbil Apellyasiya Məhkəməsində 8 ildən 15 ilə qaldırılan cəzasını eyni şəkildə təsdiqlədi.

 

Şərhlər

Məhbuslar

Əkbər Abülzadə Əhər şəhərində həbs edilib

İyun 7, 2022
1 dəqiqədə oxunur
Əkbər Abülzadə Əhər şəhərində həbs edilib