close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Həbsdə olan ətraf mühit fəalı Behnam Zarei-dən xəbərsizlik davam edir

İyul 22, 2022
1 dəqiqədə oxunur
Həbsdə olan ətraf mühit fəalı Behnam Zarei-dən xəbərsizlik davam edir

Əhər Şəhər Kəşfiyyat İdarəsinin məmurları tərəfindən “Behnam Zarei”nin həbsindən 13 gün keçməsinə baxmayaraq, bu ətraf mühit fəalın durumu barədə hələ də məlumat yoxdur.

İranwire-ə çatan xəbərlərə görə, Əhər Kəşfiyyat İdarəsinin məmurları 2022-ci il iyulun 9-da səhər saatlarında Behnam Zareini Vərziğan şəhərinin Köhnəli kəndindəki evində həbs ediblər. Məmurlar cənab Zareinin evində axtarış aparmaqla yanaşı, onun mobil telefonunu və bəzi şəxsi əşyalarını da aparıblar.

Bu müddət içində Behnam Zarei yalnız bir dəfə qısa telefon danışığında kəşfiyyat məmurları tərəfindən həbs olunduğu barədə ailəsinə məlumat verib. Son günlər Behnam Zareinin ailəsi dəfələrlə Vərziğan Prokurorluğuna başvurub və oğullarının vəziyyətini izləyib. Lakin Vərziğan Prokurorluğunun “Lətfi Vənd” adlı məmurlarından biri bu ətraf mühit fəalının həbsinin səbəbləri ilə bağlı cavab verməməklə yanaşı, Zareinin ailəsinin prokurorluqdan çıxarılmasına əmr verib və onların yenidən o quruma daxil olmasına mane olub.

Bu yazının yazıldığı vaxta kimi Behnam Zareinin həbsinin səbəbləri və harada saxlandığı barədə məlumat yoxdur. Lakin bu ətraf mühit fəalın Vərziğandaki həbsi ilə eyni vaxtda Süngün Mis Mədəninin işçilərinin çağırılaraq həbsi bu həbslərin əlaqəli olması ehtimalını gücləndirib.

5 iyul 2022-ci il çərşənbə axşamından bəri, Süngün Mis Mədəni işçilərinin beş günlük tətilindən sonra, təhlükəsizlik orqanları bu mədənin ən azı 20 işçisini həbs edərək Əhər həbsxanasına apardılar. Bazar günü, iyulun 17-də bu mədənin müdirləri onlarla “Süngün” mədəni işçisinin giriş kartlarını bağlayıb və onların mədənə daxil olmasına mane olublar.

Vərziğan Doğu Azərbaycan əyalətinin şəhərlərindən biridir. Bu şəhər İranın ən zəngin mineral ərazilərindən biridir; Qaradağ meşələrinin çirklənməsi və bölgəyə çoxlu miqdarda ziyan vurması səbəbindən ətraf mühit fəallarının və Vərziğan əhalisinin uzun illər etiraz etdiyi mədənlər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Məhbuslar

Təbriz Mərkəzi Həbsxanasına köçürülən Əkbər Əbülzadə aclıq aksiyasının beşinci günündə

İyul 21, 2022
1 dəqiqədə oxunur
Təbriz Mərkəzi Həbsxanasına köçürülən Əkbər Əbülzadə aclıq aksiyasının beşinci günündə