close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Yaşar Piri və Siyavuş Əlizadə aclıq aksiyalarını dayandırıblar

Avqust 21, 2022
1 dəqiqədə oxunur
Yaşar Piri və Siyavuş Əlizadə aclıq aksiyalarını dayandırıblar

Azərbaycanlı mədənbi fəalları Yaşar Piri və Siyavuş Əlizadə Təbriz Mərkəzi Həbsxanasının karantin palatasından 12-ci palataya köçürülərək aclıq aksiyasını dayandırıblar.

Cənab Piri məhkəmə orqanları tərəfindən əsassız işlərin açılmasına və onların həbsi prosesinə etiraz olaraq aclıq aksiyasına başladıqlarını açıqlamışdı.

Bu azərbaycanlı fəalların yaxınları məlumat veriblər ki, ailənin müraciətinə baxmayaraq, Təbriz ümumi və inqilab Prokurorluğunun 7-ci şöbəsi indiyədək 200 milyon tümənlik girov qarşılığında Yaşar Piri və Siyavuş Əlizadənin məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmasını qəbul etməkdən imtina edib.

Yaşar Piri Siyavuş Əlizadə ilə birlikdə Təbriz ümumi və inqilab Prokurorluğunun 7 saylı şöbəsində ittihamları bildirilərək Təbriz Mərkəzi Həbsxanasının karantinə bölməsinə köçürülmüşdülər.

Qeyd edək ki, Təbriz Mərkəzi Həbsxanasının 12-ci bölməsində hazırda Ruzbeh Piri (Yaşar Pirinin böyük qardaşı) və Əkbər Əbülzadə cəza çəkirlər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Üç Bəluç məhbus Zahidanda edam hökmünün icrası üçün karantinə köçürülüb

Avqust 19, 2022
1 dəqiqədə oxunur
Üç Bəluç məhbus Zahidanda edam hökmünün icrası üçün karantinə köçürülüb