close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Almaniya İranda öz vətəndaşlarından birinin həbs olunduğunu təsdiqləyib

Avqust 26, 2022
1 dəqiqədə oxunur
Almaniya İranda öz vətəndaşlarından birinin həbs olunduğunu təsdiqləyib

Almaniya Xarici İşlər Nazirliyi daha bir Almaniya vətəndaşının saxlanılaraq həbs olunması xəbərini təsdiqləyib.

“Radio Farda”nın məlumatına görə, 66 yaşlı Arvid Grene adlı alman bir aydan çoxdur ki, İranda həbsdədir. Almaniya Xarici İşlər Nazirliyi bu xəbəri radio farda ilə söhbətində təsdiqləyib.

Bu xəbərə görə, bu alman şəxs qadağan olunmuş yerlərdən foto çəkməkdə ittiham olunub. Cənab Grene İrana səfəri zamanı müxtəlif şəhərlərə, o cümlədən Tehran və Təbrizə motosikletlə getmişdi.

Radiofarda həmçinin bəyan edib ki, cənab Grene 40 gündən çox öncə həbs edilib və bu müddətin yarısını təkadamlıq kamerada keçirib. İndi o, Kaşan yaxınlığındakı Aran və Bidgol həbsxanasının ümumi palatasında həbsdədir.

Cənab Grene-in ailəsi ilə gündəlik internet bağlantısı kəsildikdən sonra həbs olunduğu barədə Almaniya səlahiyyətliləri məlumatlandırılıb və ailəsinin Almaniya səfirliyi vasitəsilə təqibi ilə bu alman turistin həbs olunduğu müəyyən edilib və onun Aran və Bidgol həbsxanalarında saxlanıldığı bildirilib.

Almaniya Xarici İşlər Nazirliyinin Radiofardaya verdiyi cavabda bu vətəndaşın kimliyi, İrana səfərinin səbəbi və ya həbsinin dəqiq vaxtı qeyd olunmasa da, Almaniyanın həbsdə olan bu vətəndaşla konsulluq əlaqəsi olduğu təsdiqlənib. Təbii ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bununla bağlı daha ətraflı məlumat verməyə icazə verilmədiyini vurğulayıb.

İslam Respublikasının məhkəmə və təhlükəsizlik orqanları bu Almaniya vətəndaşının həbsinə indiyədək heç bir reaksiya verməyib.

Şərhlər

Məhbuslar

Yaşar Piri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Avqust 26, 2022
Yaşar Piri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb