close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Əliriza Fərşi həbs və şallaq cəzasına məhkum edilib

Avqust 30, 2022
1 dəqiqədə oxunur
Əliriza Fərşi həbs və şallaq cəzasına məhkum edilib

Azərbaycanlı siyasi məhbus Əliriza Fərşi Böyük Tehran Həbsxanasının başqa 8 keçmiş məhbusu ilə birlikdə Tehranın Fəşafuyə Məhkəməsinin 101-ci Cinayət Şöbəsi tərəfindən 11 ay 15 gün həbs və 50 şallaq cəzasına məhkum edilib.

Keçən il 28 Sentyabrda Böyük Tehran zindanında Əlirza Fərşinin saxlandığı kamerada izdiham arasında bir sıra siyasi və vicdan məhbusların döyülməsi və həbsxananın sağlıq mərkəzinə köçürülməsi ilə nəticələnən qarşıdurmadan sonra bir sıra məhbuslar yaxınlarına məlumat verərək, telefonların orada müvəqqəti kəsildiyini və 9 Oktyabrda Əliriza Fərşinin  8 məhbusla birlikdə 9 saylı palatanın Hüseyniyyəsinə köçürüldüyünü bildiriblər.

Vicdan və siyasi məhbuslar bu köçürməyə etiraz etdikdən sonra, Həbsxana Təşkilatı, müfəttişləri bu əmrin təhlükəsizlik qurumları tərəfindən yuxarıdan verildiyini və məcburi olduğunu bildiriblər.

Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.

Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq " ittihamı ilə üç il altı ay həbs cəzasına və "rejimə qarşı təbliğat" ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İran və İraqın bütün sərhədləri bağlandı

Avqust 30, 2022
1 dəqiqədə oxunur
İran və İraqın bütün sərhədləri bağlandı