close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Sepidar həbsxanasında bir məhbus müalicə yetərsizliyi nədəni ilə ölüb

Sentyabr 1, 2022
1 dəqiqədə oxunur
Sepidar həbsxanasında bir məhbus müalicə yetərsizliyi nədəni ilə ölüb

İran İnsan Haqları Mərkəzi 31 Avqust 2022-də Əhvazın Sepidar həbsxanasında bir məhbusun müalicədəki səhlənkarlıq nədəni ilə öldüyü barədə məlumat yayıb.

Bu xəbərə görə, Sepidar həbsxanasının əməkdaşları Mehdi (Ziya) Süleymani adlı məhbusun xəstəxanaya göndərilməsinin qarşısını alıb və müalicə almasına mane olublar.

Bu məhbusun ölümündən sonra və ailəsi onun ölüm məsələsini izləmək üçün həbsxanaya getdikdə, həbsxana rəhbərliyi cənab Süleymaninin ölümünün “infeksiya” nəticəsində baş verdiyini açıqladı.

İran İnsan Haqları Mərkəzi məhbusun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat olmadığını yazıb, lakin onun necə öldüyü barədə məlumatlı mənbə təsdiqləyib ki, həbsxana rəhbərliyi cənab Süleymaninin xəstəxanaya göndərilməsinin lazım olduğunu bilməsinə baxmayaraq, müalicə almasına mane olublar.

Bu, İran həbsxanalarında məhbusların hakimiyyət orqanlarının sağlamlıqlarına əhəmiyyət verməməsi səbəbindən ölüm təhlükəsi ilə üzləşməsində ilk hal deyil.

Məkanın təhlükəsizliyi və hüquq müdafiəçilərinin həbsxanalardakı vəziyyətlə tanış olmaması səbəbindən kiçik şəhərlərdə, xüsusən də İranın güney əyalətlərində həbsxanalarda saxlanılan məhbuslar ümumiyyətlə xəbərsizliklərlə yanaşı işgəncələrə və bəzən insanlığa sığmayan davranışlara dözürlər.

İran İnsan Haqları Mərkəzi hesabatının sonunda Əhvazdakı Sepidar və Şeyban həbsxanalarının dəhşətli vəziyyətinə toxunaraq, BMT və BMT İnsan Haqları Şurasından İran həbsxanalarını ziyarət etmək üçün bir heyət göndərməyi xahiş edib.

Şərhlər

Məhbuslar

Şahin Bərzgər məhkəmə qərarının icrası üçün çağırılıb

Sentyabr 1, 2022
1 dəqiqədə oxunur
Şahin Bərzgər məhkəmə qərarının icrası üçün çağırılıb