close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Əliriza Fərşi elektron qandalını təhvil verməli və özünü həbsxanaya təqdim etməlidir

Sentyabr 12, 2022
1 dəqiqədə oxunur
Əliriza Fərşi elektron qandalını təhvil verməli və özünü həbsxanaya təqdim etməlidir

Azərbaycanlı siyasi məhbus Əliriza Fərşi dünən 11 sentyabr 2022-ci ildə Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə getdikdən sonra onun barəsindəki öncəki qərarların toplaşdığını ve 4 il həbsdən sonra Xuzistan əyalətinin Bağməlek şəhərinə 2 illik sürgünə getməli olduğunu öyrənib.

Ayrıca Tehran Təhlükəsizlik Prokurorluğunun məsulu ona bildiriblər ki, Böyük Tehran həbsxanasına gedərək şəxsi əşyalarını təhvil verdikdən sonra Evin həbsxanasına köçürüləcək və o, şərti azadlığa buraxılması üçün müraciət edə bilər və bu ilin dekabr ayında gözlərindəki tikişləri açmaq üçün məzuniyyətə çıxa bilər.

Keçen həftə bu Azərbaycanlı siyasi məhbus Böyük Tehran Həbsxanasının başqa 8 keçmiş məhbusu ilə birlikdə Tehranın Fəşafuyə Məhkəməsinin 101-ci Cinayət Şöbəsi tərəfindən 11 ay 15 gün həbs və 50 şallaq cəzasına məhkum edildiyini bildirmişdi.

Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.

Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq " ittihamı ilə üç il altı ay həbs cəzasına və "rejimə qarşı təbliğat" ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Həmədanda su çatışmazlığına etiraz olaraq keçirilən aksiyalarda 25 nəfər həbs edilib

Sentyabr 9, 2022
1 dəqiqədə oxunur
Həmədanda su çatışmazlığına etiraz olaraq keçirilən aksiyalarda 25 nəfər həbs edilib