close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Təbriz, Ərdəbil və Sulduz şəhərlərində vətəndaşların həbsi davam edib

Oktyabr 7, 2022
1 dəqiqədə oxunur
Təbriz, Ərdəbil və Sulduz şəhərlərində vətəndaşların həbsi davam edib

İranda ümumi etirazların davam etməsi ilə eyni vaxtda Ərdəbildə “Yusif Kari” və “Firuz Moini”, Təbrizdə “Bəhram Yəqubi”, “Ramin Behzad”  və Sulduzda (Nəqəde) “Xəlil Muradi” və “Bəhram Cəfəri” həbs edilib.

İranwire-ə çatan xəbərlərə görə, 4 oktyabr 2022-ci il çərşənbə axşamı təhlükəsizlik qüvvələri Bəhram Yəqubini Təbrizdəki evində həbs etdilər. Bu müəllimin həmkarlar ittifaqı üzvünü həbs edən zaman məmurlar onun evində axtarış aparıb, onun və həyat yoldaşının kompüterini və telefonunu müsadirə ediblər. Eyni zamanda Təbriz sakini Ramin Behzad da bu şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.

Ərdəbildə 5 oktyabr Çərşənbə günü təhlükəsizlik qüvvələri mədəni fəal və keçmiş siyasi məhbus Yusif Karini həbs ediblər. Oktyabrın 1-da şənbə günü təhlükəsizlik qüvvələri Yusuf Karini həbs etmək üçün atasının evinə getsələr də, bu mədəni fəal evdə olmadığı üçün onu həbs edə bilməyiblər. Ayrıca çərşənbə günü Ərdəbildə yaşayan daha bir mədəni fəalı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ərdəbilin mədəni fəalları da xalq etirazlarına və həbs edilmiş vətəndaşlara dəstək olaraq son iki həftə ərzində ardıcıl neçə dəfədir ki divar yazıları yazırlar.

Batı Azərbaycan əyalətində geniş həbslərin davam etməsi ilə eyni vaxtda 24 sentyabr 2022 şənbə günü Sulduz Kəşfiyyat İdarəsinin məmurları Bəhram Cəfəri və Xəlil Muradini evlərində həbs etdilər. Bu vətəndaşların həbsindən iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, onların həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə hələ də məlumat yoxdur.

İranda “Məhsa Əmininin” öldürülməsindən sonra başlayan ümumi etirazlar ilə yanaşı İslam Respublikası vətəndaşlar ilə birlikdə jurnalistləri, mədəni fəalları və məşhur şəxsiyyətləri geniş şəkildə həbs edib. Eyni zamanda bəzi şəhərlərdə təhlükəsizlik və hüquq-mühafizə orqanları etiraz aksiyası keçirən vətəndaşların toplaşdığı yerə hücum edərək, birbaşa atəş və ya dəyənək zərbələri ilə onlarla insanı qətlə yetiriblər. 2022-ci il sentyabrın 17-dən və İranda ümumi etirazların başlaması ilə eyni vaxtda İranwire bu etirazlarda həbs olunan və öldürülənlər haqqında etibarlı məlumatlar, sənədlər və rəvayətlər toplayır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Məhəmməd Colani və Səccad Qane Müqəddəm Ərdəbil mərkəzi həbsxanasına köçürülüblər

Oktyabr 6, 2022
Məhəmməd Colani və Səccad Qane Müqəddəm Ərdəbil mərkəzi həbsxanasına köçürülüblər