close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Səfiyə Qarabaği girov garşılığında sərbəst buraxılıb

Oktyabr 9, 2022
1 dəqiqədə oxunur
Səfiyə Qarabaği girov garşılığında sərbəst buraxılıb

Qadın hüquqları müdafiəçisi və mədəni fəal Səfiyə Qarabaği dünən 8 oktyabr 2022-də girov garşılığında məhkəməyə qədər sərbəst buraxılıb.

Xanım Qarabağinin həyat yoldaşı Ruzbeh Səadəti Twitter hesabında məlumat verib: Şənbə günü saat 16 -da Səfiyə Qarabaği 8 günlük həbsdən sonra girov garşılığında sərbəst buraxılıb.

İşin ilkin mərhələsində onun ittihamı “İran İslam Respublikasına qarşı təbliğat” adlandırılıb.

Səfiyə Qarabaği 2022-ci il oktyabrın 1-da təhlükəsizlik qüvvələri tərəfindən iş yerində həbs olunmuşdu.

Son günlər və İranda ümummi etirazların başlaması ilə Səfiyə Qarabaği İnstaqram səhifəsində Zəncanda təhlükəsizlik orqanlarının vətəndaşların həbs dalğasına etiraz edərək, təhlükəsizlik orqanlarının etirazçılarla qarşı rəftarını tənqid etmişdi. O, öncələr qadınlarla bağlı fəaliyyətinə və İranda yaşayan etnik qrupların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təhlükəsizlik və məhkəmə orqanlarına çağırılıb. Səfiyə Qarabaği tələbə fəal və keçmiş siyasi məhbus Pərisa Rəfiinin xalasıdır.

 

Şərhlər

Xəbərlər

Firuz Moini Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb

Oktyabr 7, 2022
Firuz Moini Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb