close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Zəncan, Əhər, Tehran və Məlikanda vətəndaşların həbsi davam edir

Oktyabr 12, 2022
1 dəqiqədə oxunur
Zəncan, Əhər, Tehran və Məlikanda vətəndaşların həbsi davam edir

İslam Respublikası tərəfindən müxtəlif şəhərlərdə vətəndaşların həbsindən sonra Səid İlxani Məlikanda, Məhəmməd Cavad Tərbiyət Tehranda və Salih Mollaabbasi Əhərdə həbs edilib.

İranwire-ə çatan xəbərlərə görə, 2022-ci il oktyabr ayının 7-sə şənbə günü təhlükəsizlik qüvvələri Məlikan Azad Universitetinin mühafizəsi ilə əməkdaşlıq edərək, bu universitetin tələbəsi Səid İlxanini bu müəssisəyə girdikdən sonra həbs ediblər. Bazar günü, oktyabrın 8-də təhlükəsizlik qüvvələri Əhərdə yaşayan mədəni fəal Salih Mollaabbasini evində həbs edərək naməlum yerə aparıblar. İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı 6 Zəncanlı vətandaşı “şüar yazmaq” ittihamı ilə həbs edildiyini açıqlayıb.

Son günlər həbslərin davam etməsi ilə yanaşı, ötən günlərdə həbs olunanlardan bəzilərinin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Məhəmməd Cavad Tərbiyət, dostlarının dediyinə görə, Tehranın İnqilab küçəsində 22 Sentyabr 2022-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş Tehran vətəndaşlarından biridir ki eynə tarixdən onun taleyi ilə bağlı heç bir məlumat yoxdur.

İranda ümumi etirazlardan sonra Ərdəbildə son üç həftə ərzində həbs edilən səkkiz mədəni fəal hələ də bu şəhərin mərkəzi həbsxanasındadır. Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinin müstəntiqi “Kamyar Səlim”, vətəndaşlardan “Əsgər Əkbərzadə”, “Səid Sadiqifər”, “Meysəm Colani”, “Yaşar Əkbərzadə”, "Yusif Kari", "Səccad Qanemoqəddəm", "Məhəmməd Colani" və "Firuz Moini"nin ailələrinə dəqiq cavab verilməməsi ilə yanaşı ", bu fəallar üçün verilən girov qərarını qəbul etməkdən və müvəqqəti azadlığa buraxılma əmri verməkdən imtina edib. Təbriz, Ərdəbil, Mərənd, Məlikan, Zəncan, Urmiyə, Əbhər, Xoy, Uşnu və s. şəhərlərdə yüzlərlə etirazçı məhbus hələ də bu şəhərlərin təcridxanalarında və həbsxanalarında həbsdədir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Məhbuslar

Səfiyə Qarabaği girov garşılığında sərbəst buraxılıb

Oktyabr 9, 2022
1 dəqiqədə oxunur
Səfiyə Qarabaği girov garşılığında sərbəst buraxılıb