close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Ramin Behzadın Təbriz Mərkəzi Həbsxanasında saxlanılması və durumunun bəlirsizliyi davam edir

Oktyabr 14, 2022
1 dəqiqədə oxunur
Ramin Behzadın Təbriz Mərkəzi Həbsxanasında saxlanılması və durumunun bəlirsizliyi davam edir

Saxlanılmasından 20 gün keçməsinə baxmayaraq, Ramin Behzad hələ də həbsdədir və ailəsi tərəfindən izlənilməsinə baxmayaraq, məhkəmə və təhlükəsizlik rəsmiləri tərəfindən onlara dəqiq cavab verilməyib.

Ramin Behzadın bacısı Leyli Behzad şəxsi İnstaqram səhifəsində yazıb: "Qardaşım Ramin Behzadın son durumu üçün 13 oktyabr 2022 Cümə axşamı, atam və qardaşım Raminin azadlığa çıxması ümidi ilə 112 saylı Təbriz Cəza Şöbəsinə getdilər, lakin təəssüf ki, son 20 gündə olduğu kimi, dəfələrlə bəhanələrlə Ramini azad etmədən evə qayıtdılar.Bu üç həftə ərzində ailəm artıq bir neçə dəfədir ki, məhkəməyə azadlıq vədi ilə gedir, amma məmurların uşaq bəhanələri və idari vaxtın bitməsi ilə əliboş və qayıdırlar. Hərbi Hava Qüvvələrinin Şəhid Fəkuri qərargahında məcburi hərbi xidmət keçən Ramin Behzad Sentyabrın 24-də həmin qərargahda həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Bu müddət ərzində onun ailəsi ilə yalnız üç-dörd dəfə əlaqə saxlamaq hüququ var idi, həbsxana rəhbərliyi və qərargah komandiri isə Raminin həbs olunmasının səbəbini açıqlamaqdan imtina etdilər. Heç bir səbəb göstərilmədən 20 gündür həbs həbsdədir”.

Məhsa Əmininin Əxlaq Polisi tərəfindən həbs olunduqdan sonra öldürülməsi ilə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və Azərbaycanın Universitetlərindəki aksiyalarda təhlükəsizlik qüvvələrinin əməkdaşları kütləvi və geniş miqyaslı həbslər həyata keçirib.

Son günlərdə internetin geniş kəsilməsi səbəbindən həbslərin sayı və tutulanların kimliyi barədə hələ də dəqiq məlumat yoxdur.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ərdəbildə Şəhid və Məsumə qızlar liseyinin tələbələrinin döyülərək həbs edilməsi

Oktyabr 14, 2022
1 dəqiqədə oxunur
Ərdəbildə Şəhid və Məsumə qızlar liseyinin tələbələrinin döyülərək həbs edilməsi