close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Ərdəbilli tələbənin qətlinə etiraz edən onlarla etirazçı həbs edilib

Oktyabr 17, 2022
1 dəqiqədə oxunur
Ərdəbilli tələbənin qətlinə etiraz edən onlarla etirazçı həbs edilib

15 Oktyabr 2022-ci il şənbə günü, Ərdəbilli bir tələbənin İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi xəbərinin təsdiqindən sonra Ərdəbil şəhəri son on ildə ən böyük hökumət əleyhinə etiraz aksiyalarından birinə şahid oldu.

Ədərbildəki qəzəbli nümayişçilər küçələri bağlayaraq “Diktatora ölüm”, “Azərbaycan qızları, göylərin ulduzları” kimi hökumət əleyhinə şüarlar səsləndiriblər. Buna cavab olaraq, İran İslam Respublikasının məmurları birbaşa güllə və gözyaşardıcı qazdan istifadə etməklə və avtomobillərini nümayişçilərin üzərinə sürməklə, onları əzməyə çalışıblar. Nadir bir hadisədə Ərdəbili etirazçılar təhlükəsizlik və polis qüvvələri ilə üzbəüz toqquşub.

İranwire-ə çatan xəbərlərə görə, 15 Oktyabr şənbə günü etirazlar zamanı azı 50 Ərdəbilli vətəndaş həbs edilib, bir neçə nəfər isə yaralanıb. Son günlər həbslərin davam etməsi ilə yanaşı, son bir ayda məhbuslardan bəziləri Ərdəbil Həbsxanasına köçürülüb və bir çox məhbusların taleyi ilə bağlı məlumat yoxdur.

Xatırlatmalıyıq ki, Məhsa Əmininin öldürülməsinə cavab olaraq ümumi etirazlardan sonra həbs edilən səkkiz Ərdəbilli mədəni fəal hələ də bu şəhərin mərkəzi həbsxanasındadır. Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinin müstəntiqi “Kamyar Səlim”, vətəndaşlardan “Əsgər Əkbərzadə”, “Səid Sadiqifər”, “Meysəm Colani”, “Yaşar Əkbərzadə”, "Yusif Kari", "Səccad Qanemoqəddəm", "Məhəmməd Colani" və "Firuz Moini"nin ailələrinə dəqiq cavab verilməməsi ilə yanaşı ", bu fəallar üçün verilən girov qərarını qəbul etməkdən və müvəqqəti azadlığa buraxılma əmri verməkdən imtina edib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ərdəbildə mülki geyimli şəxslərin hücumu nəticəsində bir tələbə həyatını itirib

Oktyabr 14, 2022
1 dəqiqədə oxunur
Ərdəbildə mülki geyimli şəxslərin hücumu nəticəsində bir tələbə həyatını itirib