close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Ərdəbil Həbsxanasında saxlanılan məhbusların qeyri-müəyyən vəziyyəti davam edir

Oktyabr 28, 2022
1 dəqiqədə oxunur
Ərdəbil Həbsxanasında saxlanılan məhbusların qeyri-müəyyən vəziyyəti davam edir

Ərdəbil Həbsxanasında saxlanılan 7 mədəni fəalın həbsindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, işin müstəntiqi məhbusların ailələrinə dəqiq cavab verməməklə yanaşı, bu məhbusların müvəqqəti azadlığa buraxılmasından imtina edib.

Abbas Lisani Telegram səhifəsinin verdiyi bilgilərə görə, işin müstəntiqi Kamiyar Səlim onların ailələrinə dəqiq cavab verməməklə yanaşı, bu məhbusların girov qarşılığında müvəqqəti azadlığa buraxılmasına icazə vermir.

məhbusların ailələri Ərdəbil Ümumi və İnqilab Prokurorluğuna getdikləi zamanı, Kamyar Səlim onlara deyib ki, "Daha uşaqlarınızı gözləməyin, hökm çıxarmaq üçün onların işini İnqilab Məhkəməsinə göndərərəm. Onları uzunmüddətli həbslər gözləyir" və məhbusların ailə üzvlərini də həbs etməklə təhdid edib.

Qeyd edək ki, Əsgər Əkbərzadə, Meysəm Colani, Səid Sadiqifər, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane Müqəddəm və Yaşar Əkbərzadənin ailələri bildirib ki, Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq bölməsin müstəntiqi Kamyar Səlimzadə təhlükəsizlik qurumlarının göstərişi ilə fəallar barədə məhkəməyə qədər sərbəst buraxılma qərarını imzalamaqdan imtina edir.

Şərhlər

Xəbərlər

Mehdi Həmidi Şəfiq Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxıldı

Oktyabr 28, 2022
1 dəqiqədə oxunur
Mehdi Həmidi Şəfiq Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxıldı