close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Məhbuslar

Ərdəbil Mərkəzi Həbsxanasında həbs edilən 5 məhbus girov qarşılığında sərbəst buraxılıb

Noyabr 18, 2022
1 dəqiqədə oxunur
Ərdəbil Mərkəzi Həbsxanasında həbs edilən 5 məhbus girov qarşılığında sərbəst buraxılıb

Son etirazlarda həbs olunanlardan Əmirriza Nəsiri, Mahmud Daneşiyan, Məhəmməd Riza Niyazi, Məcid Rüstəmnejad və Fərhad Cavanbəxt adlı 5 məhbus Ərdəbil Mərkəzi Həbsxanasından girov qarşılığında sərbəst buraxılıb.

Bu yazının yazıldığı vaxta qədər bu məhbuslara qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.

Abbas Lisani Telegram səhifəsinin verdiyi məlumata görə, Ərdəbil Azad Universitetinin hüquq fakültəsinin öyrəncisi cənab Niyazi noyabrın 8-də həbs edilib və 12 noyabrda girov garşılığında buraxılıb, Əmirriza Nəsiri və Mahmud Daneşiyan isə noyabrın 8-də həbs edilib və noyabrın 13-də 500 milyon tümən girov qarşılığında sərbəst buraxılıb. Məcid Rüstəmnejad da noyabrın 9-da həbs edilib və 550 milyon tümənlik girov ödədikdən sonra noyabrın 12-də sərbəst buraxılıb. Fərhad Cavanbəxt də noyabrın 4-də həbs edilib və qirov qarşıığında 8 noyabrda sərbəst buraxılıb.

Qeyd edək ki, son günlər İran İslam Respublikasının təhlükəsizlik qurumları Azərbaycanın müxtəlif şəhərlərində, özəlliklə Ərdəbildəki fəallar və onların yaxınlarını qanunsuz olaraq həbs etməklə, onlara işgəncə verməklə hədələyir və onların qarşısını almaq üçün qanunsuz bir tədbir görür və Azərbaycan mədəni fəalların fəaliyyətini qanunsuz hesab edərək məhkəməyə bildiriş göndərilməsini tələb edirlər.

 

Şərhlər

Xəbərlər

Vədud Ənsari təhlükəsizlik idarəsinə çağırılıb

Noyabr 17, 2022
1 dəqiqədə oxunur
Vədud Ənsari təhlükəsizlik idarəsinə çağırılıb