Təbriz İncəsənət Universitetinin qrafika öyrəncisi Nazənin Kiyanbəxt həbs olunduğu gündən hələ də Təbriz Mərkəzi Həbsxanasının qadın şöbəsindədir.
Nazənin Kiyanbaxtın ürək xəstəliyinə görə tibbi yardıma ehtiyacı var və yaxınlarının verdiyi məlumata görə, Kiyanbaxt həbsxanada infarkt keçirib və tibbi sənədlərə, həbsxana xəstəxanasının məktubuna və məhkəmə-tibb həkiminin onun təhlükəli durumunu bildirməsini baxmayaraq, məhkəmə orqanları onun azadlığını qəbul etməkdən imtina ediblər.
Bu vaxta qədər onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.
Bu 20 yaşlı Azərbaycanlı öyrənci 29 Noyabr 2022-də atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
Şərhlər