close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Əliriza Fərşi Evin həbsxanasından sərbəst buraxılıb

Fevral 9, 2023
1 dəqiqədə oxunur
Əliriza Fərşi Evin həbsxanasından sərbəst buraxılıb

Evin həbsxanasının 4-cü palatasında həbsdə olan Türk mədəni fəal Əliriza Fərşi 4 illik cəzasının 3 il 3 ayını çəkdikdən sonra 8 Fevral 2023 axşam Evin zindanından sərbəst buraxılıb.

Bu tanınmış Azərbaycanlı fəal sərbəst buraxıldığını şəxsi İnstaqram səhifəsində yazıb və bildirib ki, həbsxananın ədliyyə müavini ilə danışdıqdan sonra ona cəzasının qalan 9 ayının bağışlanması barədə məlumat verilib.

Cənab Fərşi Xuzistanın Bağ Məlik şəhərində 2 illik məcburi yaşayış cəzasını çəkmək üçün gələn həftə bazar günü, Evin Prokurorluğunun hökm İcrasının 1-ci Şöbəsinə özünü təqdim etməlidir.

Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.

Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq " ittihamı ilə üç il altı ay həbs cəzasına və "rejimə qarşı təbliğat" ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Əkbər Əbülzadə Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Fevral 9, 2023
1 dəqiqədə oxunur
Əkbər Əbülzadə Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb