Türk mədəni fəal “Abbas Lisani” dörd il iki aylıq həbs cəzasını çəkdikdən sonra Ərdəbil Mərkəzi Həbsxanasından sərbəst buraxılıb. Həbsxanadan çıxandan dərhal sonra Yəzdə iki illik sürgünə göndərilmək üçün həbs olundu və bu şəhərin polis mərkəzinə köçürüldü.
Ərdabili siyasi fəal, şair və yazıçı Abbas Lisani, İrandakı Türklər arasında kimlik hərəkatlarının ən təsirli şəxslərindən biridir. İranda sivil və zorakılığın qarşıtı hərəkatların öndə gələni kimi xatırlanır. Son 20 ildə fəaliyyətinə görə dəfələrlə həbs və sürgünə məhkum edilib. Bu tanınmış Türk fəalın şerləri, məqalələri, müdafiə və müsahibələr toplusu özgürlük Harayı adlı kitabında nəşr olunub.
2019-cu ilin başında bu mədəni fəal Ərdəbil İnqilab Məhkəməsində milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək üçün qeyri-qanuni qrup yaratmaq ittihamı ilə 8 ildən çox həbsə məkum edilmişdi.
Şərhlər