close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Pərviz Siyabi Ərdəbil Mərkəzi Həbsxanasının 7-ci palatasına köçürülüb

Fevral 27, 2023
1 dəqiqədə oxunur
Pərviz Siyabi Ərdəbil Mərkəzi Həbsxanasının 7-ci palatasına köçürülüb

İranwire-in əldə etdiyi bilgilərə görə Azərbaycanlı mədəni fəal Pərviz Siyabi ailəsinə zəng edərək Ərdəbil Mərkəzi Həbsxanasının 1-ci palatasından 7-ci palataya (Təhlükəsizlik) köçürüldüyünü bildirib.

Mədəni fəalların bildirdiyinə görə bu köçürmə tanınmış Azərbaycanlı fəal Abbas Lisaninin 7-ci palatadan sərbəst buraxıldığından sonra baş verib. Baxmayaraq ki cənab Lisani daha öncə cənab Siyabinin də 7-ci palataya köçürülməsi için istəkdə bulunmuşdu və bu istək Mərkəzi Həbsxananın rəhbərliyi tərəfindən rəd edilmişdi.

Bu Azərbaycanlı fəal 2022-ci il noyabrın 9-da həbs edilib və 6 illik cəzasını çəkmək üçün Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb. Hökm yalnız bu Azərbaycanlı fəalın 24 İyul hadisələri ilə bağlı Telegram kanallarında Təbrizdə Azərbaycan millətinin Əhvaz millətinin tələblərinə dəstək verməsi ilə əlaqədar olan açıqlamalara görə verilib.

Pərviz Siyabi ilkin mərhələdə Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 16 il həbs cəzasına məhkum edilib.Nəhayət, Ərdəbil Əyalət Apellyasiya Məhkəməsinin birinci şöbəsi tərəfindən bu cəza 6 ilə endirilib.

Pərviz Siabi Gürcana Təbrizdə Xuzistan ərəb xalqına dəstək məqsədilə bu əyalətdə su gərginliyinə etiraz olaraq keçirilən küçə aksiyalarında saxlanılanlardan biridir. Mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının,  çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində "Təbriz" şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.

Şərhlər

Xəbərlər

İran ballistik raketlərini Rusiyaya təhvil verməkdən geri çəkilib

Fevral 24, 2023
1 dəqiqədə oxunur
İran ballistik raketlərini Rusiyaya təhvil verməkdən geri çəkilib