close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Vasiqi qardaşları Ərdəbil Mərkəzi Həbsxanasından sərbəst buraxıldılar

Mart 3, 2022
1 dəqiqədə oxunur
17 Mart 2022
17 Mart 2022

 

Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan siyasi məhbuslar “Əli Vasiqi” və “Riza Vasiqi” 2022-ci il 16 Martda elektron qandal nəzarəti altında sərbəst buraxılıblar.

İranwire-ə çatan xəbərlərə görə, Vasiqi qardaşları dünən, çərşənbə günü, 16 Martda, iki illik cəzalarının bitməsinə 7 ay qalmış, elektron qandal nəzarəti altında Ərdəbil Mərkəzi Həbsxanasından azad ediliblər və cəzalarının qalan hissəsini həbsxanadan kənarda keçirəcəklər.

İki Ərdəbilli mədəni fəal 10 iyun 2020-ci il çərşənbə günü axşam iş yerlərində şiddətli döyülmə ilə həbs edilmiş və 16 iyun 2020-ci ildə məhkəməyə qədər girov qarşılığında sərbəst buraxılmışdılar. Bu mədəni fəallardan kiberməkanda həbsdən azad edildikdən sonra yayılan görüntülər şiddətli döyülmələrin üz və ayaqlara təsirini açıq-aydın göstərirdi.

5 oktyabr 2020-ci il, Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi, hakim Ətəbati və müşaviri Seyed Şakir Musəvinin sədrliyi ilə Əli Vasiqi və Riza Vasiqi "gecə bülletenləri çap edib yaymaqla ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd" və "rejimə qarşı təbliğat fəaliyyətləri" ittihamı ilə cəmi 4 il həbs cəzasına məhkum edildilər.

Əli və Riza Vasiqi həbsdə olduqları müddətdə iki dəfə aclıq aksiyası keçiriblər. İlk dəfə 2021-ci ilin fevralında bu həbsxanada başqa siyasi məhbus olan Yusif Kariyə qarşı Ərdəbil zindan rəisinin pis rəftarından sonra və Ərdəbil məhkəmə rəsmilərının bu həbsxanadakı siyasi məhbusların hüquqlarına laqeyd qıldıqlarına görə başqa 6 siyasi məhbusla 7 gün sürən və kütləvi olaraq Ərdəbil və Evin həbsxanalarında aclıq aksiyasına başlayıblar.

2021 May ayında Vasiqi qardaşlar, Evin və Ərdəbil həbsxanalarında olan başqa 5 siyasi məhbusla birlikdə Ərdəbil həbsxanasındaki siyasi məhbus Abbas Lisaniyə dəstək və bu həbsxanada "cinayətlərin ayrılması prinsipinin" tətbiq olunmamasına etiraz edərək üç gün kütləvi aclıq aksiyası keçirdilər.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

 

Şərhlər

Məhbuslar

İrəc Şirzad Ərdəbil Kəşfiyyat İdarəsi tərəfindən çağrılıb

Mart 2, 2022
1 dəqiqədə oxunur
İrəc Şirzad Ərdəbil Kəşfiyyat İdarəsi tərəfindən çağrılıb