18 Mart 2022
Doğu Azərbaycan Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Azərbaycanlı mədəni fəal Yusif Sələhşur Həsən Köhülə ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb.
Təbrizin 2-ci Cəza Məhkəməsinin 111 sayılı şöbəsi 24 İyul 2021-də Xuzistan etirazlarına dəstək məqsədi ilə keçirilən mitinqin məhbuslarından olan Yusif Sələhşuru ümumilikdə 20 milyon 200 min Tümən cərimə və 37 şallaq cəzasına məhkum etmişdi.
Yusif Sələhşur 25 İyulda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, dindirilməsi başa çatdıqdan sonra 11 Avqustda Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü və nəhayət 14 Avqustda girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılmışdır.
Xatırlatmalıyıq ki, mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində "Təbriz" şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.
Mitinq zamanı və mitinqdən sonra Təbriz, Ərdəbil, Urmiyə, Nəsimşəhr, Bostanabad və Spiran şəhərlərində onlarla Türk mədəni fəal saxlanıldı. Keçən aylarda onlarca saxlanılan fəal həbs, şallaq və cərimə cəzasına məhkum edilib.
Cənab Sələhşur Təbrizdə yaşayan mədəni fəal və Azərbaycanlı rəqs təlimatçısıdır və daha öncə də dəfələrlə təhdid edilib, saxlanılıb və həbs edilibdir.
📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]
📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com
Şərhlər