close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

İranda xristianlığı qəbul edənlərə qarşı repressiya; Fəriba Dəlir həbsxanaya köçürüldü

Aprel 18, 2022
1 dəqiqədə oxunur
İranda xristianlığı qəbul edənlərə qarşı repressiya; Fəriba Dəlir həbsxanaya köçürüldü

İslam Respublikası höküməti tərəfindən xristianlığı qəbul edənlərə qarşı basqı və əziyyətlərdən sonra daha bir xristian dinini qəbul edən şəxs həbs cəzası üçün həbsxanaya göndərildi.

Article18 internet saytına görə, xristianlığı qəbul edən Fəriba Dəlir 2022-ci il aprelin 17-də şənbə günü iki illik həbs cəzasını çəkmək üçün Evin həbsxanasına getdi.

Xanım Dəlir xristian inanclarına və "yevangelist xristian kilsəsi yaratmaq və idarə etməklə milli təhlükəsizliyə qarşı hərəkətlərə" görə həbs cəzasına məhkum edilib.

Fəriba Dəlir keçən ilin iyulunda həyat yoldaşı və 17 yaşlı yeniyetmə də daxil olmaqla, xristianlığı qəbul edən dörd başqa şəxslə birlikdə İnqilab Keşikçiləri tərəfindən həbs edilib.

Eyni ilin noyabrında Tehranın İnqilab Məhkəməsi xanım Dəliri beş il, sonra isə iki il həbs cəzasına məhkum etdi.

Fəriba Dəlirin həyat yoldaşı və başqa üç xristian dinini qəbul edənlərin hər biri 10 ay həbs cəzasına məhkum edildi və nəticədə bu cəza cərimə ilə əvəz olundu.

Onlarla birlikdə saxlanılan 17 yaşlı xristian dinini qəbul edən gənc İslam İnqilabı Keşikçiləri Korpusunun təcridxanasında bir nəfərlik kamerada 10 günlük sorğu-sualdan sonra nəhayət azadlığa buraxılıb.

Xristian hüquqlarını müdafiə edən qruplar bildirirlər ki, İslam Respublikası farsdilli kilsələri bağlayır, xristian kilsələri və evlərinə basqın edir.

“Açıq qapılar” xristian təşkilatının son hesabatına əsasən, İran dünyada “anti-xristian” ölkələri arasında 9-cu yerdədir.

Şərhlər

Siyasət

İranın Atom Enerjisi Təşkilatının Sözçüsü: Kamera məlumatları bizimlə qalacaq və yəqin ki, silinəcək

Aprel 17, 2022
1 dəqiqədə oxunur
İranın Atom Enerjisi Təşkilatının Sözçüsü: Kamera məlumatları bizimlə qalacaq və yəqin ki, silinəcək