close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

Bəhai vətəndaş Fəraz Həqiqətcu etiraf etmək üçün təzyiq altındadır

Yanvar 17, 2023
1 dəqiqədə oxunur
Bəhai vətəndaş Fəraz Həqiqətcu etiraf etmək üçün təzyiq altındadır

Fəraz Həqiqətcunun Şirazda həbsindən 38 gün keçməsinə baxmayaraq, bu bəhai vətəndaşın ailəsi hələ də onun dəqiq harada olmasından və ittihamlardan xəbərləri yoxdur.

Bu barədə məlumatlı mənbə “İranwire”e bildirib: “Bir ay ərzində Fərazın ailəsi davamlı olaraq müxtəlif məhkəmə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına, qurumlara müraciət etsələr də, hamısı məlumatsız olduqlarını bəyan ediblər. Nəhayət, 35 gündən sonra Farazın Şiraz İnqilab Keşikçilərinin təcridxanalarından birində saxlanıldığını öyrəndilər. Bu müddət ərzində etdiyi qısa telefon danışıqlarından Həqiqətcunun ailəsi Fərazın fiziki və psixi vəziyyətinin yaxşı olmadığını, ayaqların titrəməsi, sinir-əzələ zəifliyi, həzm problemləri kimi problemləri olduğunu öyrənib.

Bu şəxs daha sonra bildirdi ki, prokuror bir müddət öncə Fərazın saxlanılma müddətini uzadıb.

Faraz Həqiqətcunun həbs müddətinin uzadılması və onun vəziyyəti ilə bağlı məlumatın olmaması bu Bəhai vətəndaşın ailəsinin narahatlığını artırıb. Onlar müstəntiqlərin Fəraza yalançı etiraf etmək üçün təzyiq göstərməsindən narahatdırlar.

Qeyd edək ki, Fəraz Həqiqətcu 10 Dekabr 2022-də Şiraz şəhərində evinə və iş yerinə basqın edən təhlükəsizlik işçiləri tərəfindən həbs edilib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Leyla Nasiri Marağa həbsxanasından sərbəst buraxılıb

Yanvar 17, 2023
Leyla Nasiri Marağa həbsxanasından sərbəst buraxılıb