close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Cəmiyyət & Mədəniyyət

2 aylıq hüquqi mübarizədən sonra Xaqan şəxsiyyət vəsiqəsi ala bilib

Sentyabr 5, 2022
1 dəqiqədə oxunur
2 aylıq hüquqi mübarizədən sonra Xaqan şəxsiyyət vəsiqəsi ala bilib

Azərbaycanlı körpə “Xaqan”ın atası Yunis Mahmudi iki ay mübarizədən sonra Təbrizin Ümumi Məhkəməsinin qərarı ilə Qeydiyyat İdarəsini oğlu Xaqana şəxsiyyət vəsiqəsinin verilməsi barədə məcbur olduğunu bildirib.

İki aylıq mücadələdən sonra cənab Mahmudi, Əsgər Məhəmmədi və Hadi Əlipur adlı iki vəkilin müşayiəti ilə Təbrizin Ümumi Məhkəməsinin qərarı ilə Xaqan adı üçün şəxsiyyət vəsiqəsi ala biliblər.

Valideynlər tərəfindən seçilən adlara şəxsiyyət vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə Ərdəbilli uşaq "Ayıl" üçün şəxsiyyət vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması "Ayıl Kampaniyasının" başlanğıc nöqtəsi idi. Bu kampaniyada Ayılın valideynlərinin bu uşaq üçün şəxsiyyət vəsiqəsi alamadıqları etirazına əlavə, oxşar bir maneə yaşayan başqa Azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə dərc etməyə başladılar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid etmişdilər.

Ən son halda, Təbrizli uşağa seçilən ada görə şəxsiyyət vəsiqəsi verməkdən dörd ilə yaxın imtina edən Təbriz Qeydiyyat İdarəsi nəhayət ictimai rəyin təzyiqi və uşağın ailəsinin qanuni axtarışı ilə “Ataxan”a şəxsiyyət vəsiqəsi verib.

İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatı təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.

Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

15 məhbus edam hökmünün icrası üçün təcridxanaya köçürülüb

Sentyabr 5, 2022
1 dəqiqədə oxunur
15 məhbus edam hökmünün icrası üçün təcridxanaya köçürülüb