İranwire-in əldə etdiyi bilgilərə görə Təbrizdən olan Urmu və Yağış adlı iki Azərbaycanlı körpə valideynləri tərəfindən 4 ay davam edən hüquqi mücadilədən sonra kimlik vəsiqəsi ala biliblər.
Bağırpur ailəsinin bildirdiyinə görə Yağış adına daha öncə kimlik verildiyi üçün Yağış üçün kimlik vəsiqəsi verilirmiş, ancaq Urmu adı üçün Qeydiyyat İdarəsi kimlik vəsiqəsi verməkdən imtina edib. Ancaq əkizlərin eyni vaxta kimlik alması gərəkir və bu iki körpə 4 ay davam edən mücadələdən sonra kimlik vəsiqəsi ala biliblər.
Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə Ərdəbilli uşaq "Ayıl" üçün kimlik vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması "Ayıl Kampaniyasının" başlanğıc nöqtəsi idi.
Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.
İranın Qeydiyyatı İdarəsi təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.
Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.
Şərhlər