close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Azərbaycanda etirazlar; Tutulmalaraın davam etməsi və dörd məhbusun aclıq aksiyası

Avqust 23, 2020
6 dəqiqədə oxunur
Azərbaycanda etirazlar; Tutulmalaraın davam etməsi və dörd məhbusun aclıq aksiyası

23 Oktyabr 2020

 

Bu il 18 Oktyabrda, bazar günü axşam, son üç ayda üçüncü dəfə İranın azərbaycanlı partiyaları və mədəni fəallarının çağırışının yayımlanmasının ardından İranın Türk şəhərlərində etiraz mitinqləri keçirildi.

İranın Azərbaycan təşkilatları və mədəni fəallarının çağrışının ardından İranın Türk şəhərlərində etiraz mitinqləri keçirildi. Nümayişçilər "İranın Ermənistana verdiyi dəstək və Rusiyanın Ermənistana silah ötürmək üçün İranın hava məkanından və torpaqlarından istifadə etməsinə" etiraz etdilər və Nurduz sərhəd keçidinin bağlanmasını tələb etdilər.

Norduz keçidi, Doğu Azərbaycan əyalətinin Culfa şəhərindən 65 km məsafədədir və İranla Ermənistan arasında yeganə keçitdir.

Əvvəlki iki etiraz mitinqindən fərqli olaraq, bu dəfə mitinqdən əvvəl geniş miqyaslı həbslər və geniş təhlükəsizlik tədbirlərinin görülməsi Təbriz xaricində müxtəlif şəhərlərdə mitinqlərin qarşısını aldı.

Təbriz, bütün məhdudiyyətlərə baxmayaraq, 18 oktyabrda bir etiraz mitinqinə şahid oldu. Nümayişçilər Azərbaycan türkcəsində "Ermənistanı dəstəkləmək cinayətdir", "Qarabağ bizimdir bizim olacaq" və "Nurduz bağlanmalıdır" şüarları səsləndirərək İslam Respublikasının xarici siyasətinə etiraz etməklə yanaşı, Nurduz sərhəd keçidinin bağlanmasını tələb etdilər.

Bazar günü Təbriz mitinqinin sosial mediada yayımlanan videolarında təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün plastik güllələr, gözyaşardıcı qaz atdığı və nümayişçiləri döydüyü görünür.

İranwirein aldığı xəbərlərə görə, təhlükəsizlik qüvvələri bazar günü Təbrizdəki bir mitinq zamanı ən azı 30 nümayişçini saxladı, bunlardan ən az 18- nəfəfri qadın və uşaq idi.

Bazar günü keçirilən mitinqdə iştirak edən şahidlərin sözlərinə görə, qadın və uşaqlar Rasta Küçə, Şahnaz küçəsi və El Gölü Goli adlı üç ərazidə nəzarətə alındılar ​​və bu həbslər zorakılıqla müşayiət olundu.

Şahidlərdən biri qadın və uşaqların tutulması zamanı tətbiq olunan şiddəti tənqid edərək iranwireə verdiyi müsahibədə dedi: "Təhlükəsizlik qüvvələri Təbriz bazarının qarşısında saxlanılan qadınları və uşaqları vəhşicəsinə döyərək nəzakətsizcə cinsi söyüş və həqarətlər etdilər."

Bazar mitinginin şahidi əlavə edir: Təhlükəsizlik qüvvələri və mülki geyimli məmurlar qadınları və uşaqları tutularkən onları yerdə sürüyərək bazarın qarşısındakı kaneksə apardılar. Zabitlər, həmçinin həbslərə qarşı çıxmaq istəyən insanlara gözyaşardıcı qaz və plastik güllə atdılar və onları elektrik şok cihazları ilə döydülər."

Bazar günü Təbrizdə keçirilən etiraz mitinqində iştirak edən başqa bir vətəndaş da təhlükəsizlik qüvvələri tərəfindən gənc bir qızın döyülməsinin şahidi olduğunu söylədi.

Bazar günü Təbrizdə keçirilən etiraz mitinqində iştirak edən başqa bir vətəndaş da təhlükəsizlik qüvvələri tərəfindən kiçik yaşlı bir qızın döyülməsinin şahidi olduğunu söylədi.

Bu vətəndaşa görə, təhlükəsizlik agentlərinin zorakılığı uşağın əlinin yaralanması və başının qırılması ilə nəticələndi.

Bildirilir ki, qadınlar və uşaqlar həbs olunduqdan sonra Saeb Təbrizi küçəsindəki əxlaq və Təhlükəsizlik Polis İdarəsinə aparılıblar.

Əxlaq və Təhlükəsizlik Polis İdarəsindəki ilkin dindirmədən sonra tutulanlar Nisfrahdaki cinayət polisi İdarəsinə, daha sonra Təbriz Mərkəzi Həbsxanasına köçürüldülər.

Bir sira həbs olunan qadınların ailəsi, yaxınlarının vəziyyətindən narahat olduqlarını ifadə edərək, İranwireə Nisfrahdakı Təbriz cinayət polisi bəzi qadınların tutulması ilə bağlı məsuliyyət qəbul etmədiyini bildirdi.

Məlumata görə, polis bir sıra ailələrdən itikin formunu doldurmayı istədilər məmurların iddiasına görə qadınların taleyini öyrənsələr ailələrə məlumat verməcəklər.

Şima Əlmasi, Mina Vəlipur, Sara Turi, Fatimə ibrahimzadə, Kosər Neməti, Məhtab Əsğərinəjad, Aylin Şirzadi və Səkinə Əbdi, adları iranwire tərəfindən təsdiqlənən Təbrizdəki bazar mitinqində tutulan səkkiz qadın və uşaqdır.

Bunların arasında Fatimə ibrahimzadə və Kosər Neməti, Məhtab Əsğərinəjad, Aylin Şirzadi, ana və qızdılar. Kosər Neməti və Aylin Şirzadi, bazar günü bir etiraz mitinqində iştirak etdikdən sonra anaları ilə birlikdə nəzarətə alınan 18 yaşından kiçik uşaqlardır.

Xanım ibrahimzadənin 13 yaşlı övladı Kosər Neməti, 24 saatlıq həbsdən sonra bazar ertəsi günü sərbəst buraxıldı. Səkinə Əbdi də xəstəliyi olduğunu  (xərçəng) elan edildiyi üçün 21 Oktyabr Çərşənbə günü sərbəst buraxıldı.

Sara Turiyan yaxınlarının dediyinə görə, 18 oktyabr Bazar günü axşam Təbrizdəki Nəmaz Meydanı yaxınlığında bu şəhərin polis qüvvələrinin ittilaatı tərəfindən tutuldu və bazar ertəsi günü dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürüldü.

Şair və uşaq kitabının müəllifi, bazar günü mitinq zamanı tutulan ən azı 16 qadınla birlikdə Təbriz Mərkəzi Həbsxanasının qadınlar şöbəsinə köçürüldü.

Həbs olunanların yaxınları iranwireə bildiriblər ki, tutulan qadınların pərvəndəsi Təbriz Məhkəmə Hakimiyyətinin Azərbaycan Meydanındakı 16 saylı şöbəsinə təhvil verilib. 16 saylı Şöbənin hakimi Riza Əbhəri Nəjad, tutulan qadınların sərbəst buraxılması şərtinin, altı ay ərzində hər ay Təbriz Məhkəməsinin 16 Şöbəsinə imza atmaq üçün gəlmələri və 200 milyon Toman girov qoyulması olduğunu açıqladı. Əbhari Nəjadın qərarı nəzarətə alınan qadınların etirazına səbəb olmuşdur.

Həbs olunanların ailələrindən bəziləri də məhbusları girov müqabilində sərbəst buraxmağa imkanları olmadığını bildirdi.

İranwireə gələn xəbərlərə görə, tutulan qadınların döyülməsi həbs olunduqdan sonra da davam etdirildi və bu qadınlar da dindirilmədən əvvəl və sonra həbsxanada işgəncə gördülər.

Bu vaxt təhlükəsizlik qüvvələri tərəfindən bazar günü təşkil edilən mitinqdən bir gün əvvəl, 17 oktyabrda Təbrizdəki evlərində nəzarətə alınan Hüseyin Əmir Hicri, Rəsul Rəzəvi, Əkbər Mohaceri və Hüseyni Məhəmmədiyan aclıq aksiyasına başladılar.

Dörd mədəni fəal, 21 oktyabr çərşənbə günündən etibarən Təbriz Kəşfiyyat İdarəsində qanunsuz olaraq həbs edildiklərini izah etdiklərinə etiraz olaraq aclıq aksiyası keçirirlər.

Təhlükəsizlik qüvvələri Hüseyin Əmir Hicrini 17 oktyabr axşamı Təbrizin Əbu Reyhan küçəsindəki qapısının qarşısında Saxladılar. Məhkəmə qərarı olmadan həyata keçirilən həbs cənab Hicrinin atasının ölüm ildönümünə təsadüf etdi.

Rəsul Rəzəvinin fiziki vəziyyətinin də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında ağır olduğu bildirilir. Xəstəliyinə baxmayaraq həkimə müraciət etməsi qadağan edildi.

Məhbusların vəziyyəti ilə bağlı məhkəmə və təhlükəsizlik işçilərinin məsuliyyətinin olmamasını tənqid edən Təbrizdəki bəzi məhbus ailələri, səlahiyyətlilərin onlara qarşı davranışının "təhqir" və "pis" olduğunu bildirdi.

Bazar günü Təbrizdəki etiraz mitinqində tutulan digər bir şəxs Həmid Məhəmməd Tağızadə, hakimin zamin girovunu verməkdən imtina etməsi səbəbindən 20 oktyabr çərşənbə axşamı Təbriz Mərkəzi Həbsxanasına köçürüldü.

Son günlərdə, "Dağlıq Qarabağın Qurtuluşuna Dəstək" mitinqləri ilə əlaqədar üçüncü həbs dalğasının başlamasından sonra, Türk mədəni fəallarına təzyiqlər və ailələrinə qarşı təhdidlər artdı.

Həkimə Əhmədi son müdafiəsi üçün Təbrizin 16 saylı İstintaq şöbəsinə çağrıldıqdan sonra 11. Polis bölməsinə, daha sonra Təbriz Həbsxanasına köçürüldü.

Mədəni fəalı və Keçmiş siyasi məhbus bu il iyulun 26-da keçirilən etiraz mitinqlərindən sonra son üç ayda ilk həbs dalğasında tutulan onlarla məhbusdan biridir.

İyul ayında keçirilən etiraz mitinqlərində tutulan 13 Təbrizli vətəndaş, son müdafiə üçün Seyyid Əli Musəvinin rəhbərlik etdiyi şəhər İnqilab Məhkəməsinin 16 saylı şöbəsinə çağrıldılar.

Bu vətəndaşların "Mehdi Əsədi Golzar, Sadiq Pərto Beyrəq, Əli Moradiyan, Yasəmən Zəfəri, Behzad Şeyxi, Rəhim Sasani, Hadi Qolizadə, Hakimə Əhmədi, Məcid Əkbəri, Sədullah Sasani, Əli Ab Xezr, Əbülfəz İbrahimzadə və Mehdi Purıli Xormalu" olaraq şəxsiyyətləri iranwire tərəfindən təsdiq edilib.

Bu şəxslər məhkəmənin ilkin mərhələsində "ictimai asayişi pozmaq" maddəsi ilə ittiham olundu.

20 Oktyabr Çərşənbə axşamı, Ərdəbilin Ciral Parkındakı etiraz mitinqindən sonra 1 Oktyabr Cümə axşamı günü başlayan Türk mədəni aktivistlərin ikinci həbs dalğasının səkkiz məhbusu Ərdəbil Həbsxanasından müvəqqəti saxlama mərkəzinə köçürüldü.

Əli Xeyrcu, Bəhmən Xeyrcu, Meysəm Colani, Əsgər Əkbərzadə, Muctaba Pərvin, Mustafa Pərvin, Murtaza Pərvin və Mehdi Huşmənd çərşənbə axşamı Ərdəbil Həbsxanasından müvəqqəti saxlama mərkəzinə köçürülən məhbuslardır. Bu mədəni fəalların müvəqqəti saxlama mərkəzinə köçürülməsinin səbəbləri məlum deyil.

Həbslərin ikinci dalğasında iyirmi gün ərzində Ərdəbil, Təbriz, Urmiyə, Meşkinşəhr, Parsabad Muğan, Hadi Şəhr, Culfa, Kəleybər və Zəncanda 100 nəfərdən çox Türk vətəndaş həbs olundu.

Bununla birlikdə, ilk həbslər dalğasından fərqli olaraq, bu dövrdə yalnız mədəni fəallarının çağırılması və tutulması sürətlə artdı, həbs zamanı döyülmə, həbsxanalarda işgəncə, həbsxanalarda lazımi tibbi yardımın olmaması, məhkumların ziyarətinə və ailələrlə telefon əlaqəsinə mane olmaq və həbs və tutulanların vəziyyəti barədə məlumatın olmaması və mədəni fəallarının ailələrinə təzyiqlər və təhdidlərin artması hakimiyyətin reaksiyasına əlavə olundu.

Həbslərin ikinci dalğasının ortalarında, sosial şəbəkələrdə rejimin saxlamaları və nümayişçilərə qarşı təzyiqlərə etiraz olaraq bir kampaniya başladıldı. Bu kampaniyada İranın Türk vətəndaşları əllərində "Biz Azərbaycanın tərəfdarı deyilik, biz azərbaycanıq" yazılı plakatlar tutdular və fotolarını sosial şəbəkələrdə məhbusların sərbəst buraxılmasını tələb edərək yayımladılar.

Bu raporun yazıldığı ana qədər "Dağlıq Qarabağın Qurtuluşuna Dəstək" mitinqlərinin ikinci və üçüncü dalğalarındakı saxlanılanların səhiyyə vəziyyəti, olduğu yer və ya bəzi mədəni fəallarına və tutulanlara qarşı ittihamlar barədə məlumat yoxdur.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Mihən Süd məhsulları şəhəri alovlandı

Avqust 23, 2020
Mihən Süd məhsulları şəhəri alovlandı