close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Burucerd Cümə İmamı: ABŞ-a qarşı duran Taliban ilə danışıqlar aparmalıyıq

Yanvar 22, 2021
1 dəqiqədə oxunur
Burucerd Cümə İmamı: ABŞ-a qarşı duran Taliban ilə danışıqlar aparmalıyıq

5 Fevral 2021

Burucerdin Cümə imamı Əli Hüseyni, İslam Respublikası və "Taliban" rəsmiləri arasındakı danışıqların rejimin mənafelərini əsas götürdüyünü və Əfqanıstan rəhbərliyində Talibanın da payı olduğunu söylədi.

Hüseyni 5 Fevral 2021 Cümə günü Burucerddə Cümə namazı zamanı dedi: "ABŞ-a qarşı duran Talibanla nədən danışıqlar aparmayaq ki, o zaman bəziləri xalqı minlərlə fəlakətə uğratan və Süleymani kimi komandirləri şəhid edən ABŞ ilə danışıqlar aparmamızı istəyirlər?"

Bu açıqlamalar, Talibanın lider heyətinin xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani daxil olmaqla İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşmək üçün keçən həftə İrana etdiyi səfərdən sonra baş verir.

Səfər İran və Əfqanıstandakı ictimai rəy və vətəndaşların geniş reaksiyası ilə qarşılandı.

Burucerd Cümə imamı, Talibanın yanaşma tərzini dəyişdirdiyini və siyasi fəaliyyət göstərdiyini iddia etdi.

Onun sözlərinə görə, Taliban hazırda Əfqanıstanın 50 faizinə nəzarət edir və ABŞ, İŞİD və Əl-Qaidə ilə mübarizə aparır.

Bundan əvvəl, İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, Talibanı ABŞ-a qarşı mübarizə dediyi şey üçün təriflədi.

Əfqanıstan Ordusunun Baş Qərargah rəisi General Yassin Zia, Şəmxaninin dediklərinə cavab olaraq onun səhv etdiyini dedi və yazdı: "İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olaraq, Əfqanıstandakı mövcud müharibə barədə anlayışınız səhvdir. Taliban ABŞ-a qarşı deyil, Əfqanıstan xalqına qarşı mübarizə aparır."

Əfqan siyasi və mədəni aktivistlər İslam Respublikasını Əfqanıstanda sabitliyi pozmaq üçün Taliban kimi fundamentalist qrupları dəstəkləməkdə günahlandırırlar.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Bir diplomat üçün verilən 20 il həbs cəzası; Əsədullah Əsədi və bombalı pizzanın hekayəsi nədir?

Yanvar 22, 2021
5 dəqiqədə oxunur
Bir diplomat üçün verilən 20 il həbs cəzası; Əsədullah Əsədi və bombalı pizzanın hekayəsi nədir?