close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Xamenei Ukraynadakı savaşa ilk reaksiyasında Putini dəstəklədi

Fevral 16, 2022
1 dəqiqədə oxunur
2 Mart 2022
2 Mart 2022

Rusiyanın Ukraynaya təcavüzünə verdiyi ilk reaksiyada Əli Xamenei Vladimir Putinin iddialarını təkrar edərək, müharibədə ABŞ və Batını günahlandırıb.

Çərşənbə axşamı çıxışında Xamenei ABŞ hökumətini "mafiya rejimi" kimi xarakterizə edib və deyib ki, ABŞ mahiyyətcə böhranlı bir rejimdir.

İslam Respublikasının lideri İranın müharibənin dayandırılmasının tərəfdarı olduğunu iddia edib, lakin bildirib ki, bu hərəkət üçün böhranın kökləri müəyyən edilməlidir.

Xamrnei Rusiyaya toxunmadan müharibənin kökünü ABŞ siyasəti adlandırıb və deyib: “Bu gün Ukrayna ABŞ-ın böhran siyasətinin qurbanıdır, çünki Ukraynanın daxili işlərinə qarışan, mitinqlər təşkil edən, məxməri və rəngli dövlət çevrilişi yaradan ABŞ olub. Çevriliş, ABŞ senatorlarının müxalifət mitinqlərində olması və hökumətlərin yerdəyişməsi ölkəni bu nöqtəyə gətirdi.

Rəngli İnqilab bəzi Doğu Avropa və Mərkəzi Asiya ölkələrində 1980-ci illərin sonundan 2000-ci illərin ortalarına qədər davam edən qeyri-zorakı inqilablar seriyasına aiddir.

“Avtoritar” hökumətlərin süqutuna səbəb olan bu inqilabların formalaşmasında antikommunist qruplar böyük rol oynadı.

Əli Xamenei çıxışının başqa bir hissəsində iddia edib: Ukraynada xalq meydana girsəydi, hakimiyyətin vəziyyəti belə olmazdı, amma xalq hakimiyyəti qəbul etmədiyi üçün meydana gəlmədi.

Xameneinin açıqlamaları Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskinin demokratik seçkilərdə qalib gəldiyi və səslərin 70 faizindən çoxunu qazandığı vaxta təsadüf edir. Cənab Zelinski Rusiya hərbi hücumu zamanı hələ də Ukrayna ictimai rəyi tərəfindən dəstəklənir və son sorğuya görə, onun populyarlığı yüzdə 90-a çatıb.

Bundan öncə Əli Xameneinin İrandakı yaxınları Rusiyanın Ukraynaya müdaxiləsini geniş şəkildə dəstəkləmişdilər.

İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında buna ümid etdiyini bildirib ki, baş verənlər xalqların və bölgənin xeyirinə olsun.

Daha öncə də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Twitter səhifəsində ABŞ mərkəzli olan NATO-nun “Ukrayna böhranının kökü” olduğunu bildirib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Rəştdə həbs edilən Məhəmməd Eyninin vəziyyəti ilə bağlı narahatlıq davam edir

Fevral 15, 2022
1 dəqiqədə oxunur
Rəştdə həbs edilən Məhəmməd Eyninin vəziyyəti ilə bağlı narahatlıq davam edir