close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

“Kayhan” qəzeti Ukrayna xalqını təhqir edib

Fevral 16, 2022
1 dəqiqədə oxunur
“Kayhan” qəzeti Ukrayna xalqını təhqir edib

2 Mart 2022

Çərşənbə günü, 2 Martda "Kayhan" qəzeti Ukrayna savaçş ilə bağlı məqaləsində yazıb: Ukrayna xalqı müqəvva qədər müqavimət bilmir!

Əli Xameneinin baş redaktorunu təyin etdiyi “Kayhan” qəzeti Ukrayna xalqını təhqir edən yazıda yazıb: “Bir ölkəyə hərbi hücum ediləndə, o ölkənin xalqı müqəvva qədər müqavimət göstərsə, düşməni məğlub edə bilər. Bir ölkə cəmi 48 saat ərzində şəhərlərini itirdikdə və ölkədən qaçmaq üçün növbə döyüş meydanlarında iştirak etmək növbəsindən daha uzun olarsa, bu o deməkdir ki, o ölkənin əhalisi müqaviməti bilmir, hətta bir müqəvva qədər!"

Bu mövqelər bu gün bu qəzetdə dərc olunduğu halda, dünən İslam Respublikasının lideri Əli Xamenei Rusiyanın adını çəkmədən qəribə çıxışında Ukraynadakı savaşı ABŞ və Batının təxribatının nəticəsi adlandırıb.

Bir çox ukraynalı əlinə silah alaraq Ukrayna prezidenti Vladimir Zelenskinin ümumi müqavimətini elan edərək Rusiyanın təcavüzünə gözlənilməz müqavimət göstərdikləri bir vaxtda İslam Respublikasının qəribə mövqeləri yayılır. Dünyanın bir çox ölkələri Ukrayna xalqının Rusiya silahlı qüvvələrinə qarşı müqavimətini yüksək qiymətləndirib.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

Xamenei Ukraynadakı savaşa ilk reaksiyasında Putini dəstəklədi

Fevral 16, 2022
1 dəqiqədə oxunur
Xamenei Ukraynadakı savaşa ilk reaksiyasında Putini dəstəklədi