close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Nəsrin Sutude-nin Ukraynaya dəstəyi; Bu, demokratiya ilə diktatura arasındakı döyüşdür

Fevral 17, 2022
1 dəqiqədə oxunur
Nəsrin Sutude-nin Ukraynaya dəstəyi; Bu, demokratiya ilə diktatura arasındakı döyüşdür

3 Mart 2022

Hüquqşünas və hüquq müdafiəçisi Nəsrin Sutude BMT-nin baş katibinə ünvanladığı məktubda Ukrayna xalqına dəstək verib və onların Rusiyanın hərbi zərbələrinə müqavimətini yüksək qiymətləndirərək, bunu “demokratiya və diktatura arasında döyüş” adlandırıb.

Məktubda xanım Nəsrin Sutude Ukrayna xalqını “təcavüzkarların ayaqqabıları altında sakitcə əzilməyi istəməyən xalq” adlandırıb və dünyanı onlara yardıma çağırıb.

Rusiya Ukraynaya qarşı hərbi hücuma bir həftədən az müddət öncə başlayıb, lakin qısa müddətdə bir çox tanınmış fəallar və hökumətlər hücumlara qarşı mövqe nümayiş etdirib.

O, İran-İraq savaşı təcrübəsinə toxunaraq yazıbı: “Mən savaşın dəhşətini və müdafiəsiz insanlara qarşı çılpaq zorakılığı təsəvvür edə bilirəm və sizə belə ehtiyatsız təcavüzdən öz dəhşətimi ifadə edə bilərəm.

Nəsrin Sutude Rusiyadakı bu hərbi hücumlara etiraz edənlərə də toxunaraq yazıb “savaşın pulunu məzlum olduqları üçün onlar ödəyirlər”.

Bir sıra beynəlxalq insan haqları mükafatlarının laureatı Vladimir Putinə müxalif olan hüquqşünas və antikorrupsiya fəalı Aleksey Navalnının həbsini də qeyd edib: Dünya xalqlarının tarixi yaddaşı Hitlerin “dəmir iradəsini” dünya xalqlarının ictimai iradəsi ilə sındırdığını xatırladır”.

Nəsrin Sutude ayrıca bütün savaşlara son qoymağa çağırıb və Rusiyanın hücumlarını “kobud təcavüz” adlandırıb və deyib ki, “Ukrayna xalqı ilə həmrəy olaraq və onun yanında olduğum üçün bəyan edirəm ki, Rusiyanın hərbi təcavüzünə qarşı durmadan və Ukraynanı dəstəkləmədən dünya barışından danışmağın heç bir mənası yoxdur”.

Xanım Sutude sonda BMT-nin Baş katibi Antonio Quterreşi “bu açıq-aşkar təcavüzə son qoymaq üçün bütün beynəlxalq imkanlardan istifadə etməyə” çağırıb.

Nəsrin Sutude 2019-cu ilin iyun ayından həbsdədir və ümumilikdə 33 il həbs cəzası alıb, lakin bir müddətdir ki, tibbi məzuniyyətdədir. 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

“Kayhan” qəzeti Ukrayna xalqını təhqir edib

Fevral 16, 2022
1 dəqiqədə oxunur
“Kayhan” qəzeti Ukrayna xalqını təhqir edib