close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Məhəmməd Eyni Rəşt həbsxanasına köçürülüb

Fevral 22, 2022
1 dəqiqədə oxunur
8 Mart 2022
8 Mart 2022

Rəştdə yaşayan Azərbaycanlı mədəni fəal Məhəmməd Eyni Rəşt həbsxanasına köçürüldüyünü bildirib.

Bu fəalın ailəsinin onun girov qarşılığında sərbəst buraxılmasını təqib etmələrinə baxmayaraq, məhkəmə orqanı cənab Eynini müvəqqəti azadlığa buraxmaqdan imtina edirlər. Mənbələr onu da bildirir ki, onların ailələri təhlükəsizlik orqanlarının təzyiqi səbəbindən oğullarının vəziyyəti ilə bağlı əlavə məlumat verməkdən imtina edirlər.

Məhəmməd Eyni 22 Yanvar 2022-ci il şənbə günü Rəşt şəhər kəşfiyyat idarəsinə getdikdən sonra həbs edilib.

Məhəmməd Eyni 21 Yanvar 2022-ci il cümə günü İnstaqram səhifəsində Rəşt şəhər kəşfiyyat idarəsinə çağırıldığını elan edərək yazmışdı: “Telefonla çağırılmağın qanuni olmadığını bilərək sabah səhər saatlarında elan olunan yerdə olacam ki, hadisəni və zəng səbəbini öyrəniyim”.

Rəşt kəşfiyyat idarəsinin Məhəmməd Eynini telefonla çağırması və bu mədəni fəalın həbsindən sonra ailəsinə məlumat verməməsi ilə bağlı davranışı qanunsuzdur.

Qanuni azadlıqlara hörmət və mülki hüquqların müdafiəsi haqqında qanunun 5-ci maddəsinə və Cinayət-Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən təqsirləndirilən şəxsləri saxlayan qurum həbs edilənin ailə və ya yaxınlarına həbs olunan kimi dərhal məlumat verməlidir. Ayrıca, Cinayət-Prosessual Məcəlləsinin, xüsusən də 170-ci maddəsinə əsasən, şəxslərin çağırılması yazılı çağırış vərəqəsi ilə aparılmalıdır və vətəndaşların telefonla çağırılmasının hüquqi əsası yoxdur. Həmin qanunun 175-ci maddəsinin qeydinə əsasən, hər hansı elektron və kağız olmayan bildiriş Səna sistemində edilməlidir.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

Washington Examiner İnqilab Keşikçilərinin John Boltonu terror etmək cəhdindən xəbər verdi

Fevral 22, 2022
2 dəqiqədə oxunur
Washington Examiner İnqilab Keşikçilərinin John Boltonu terror etmək cəhdindən xəbər verdi