close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

İnqilab Keşikçiləri tərəfindən açılan atəş nəticəsində 70 yaşlı qadın və oğlu həlak olub

Fevral 28, 2022
1 dəqiqədə oxunur
14 Mart 2022
14 Mart 2022

İslam Respublikası hərbi qüvvələrinin Kirmanşah əyalətində vətəndaşlara qarşı atəşi yenidən qurban alıb.

Hengav İnsan Hüquqları Təşkilatının məlumatına görə, 13 mart 2022-ci il bazar günü axşam saatlarında baş verən atışmada 70 yaşlı qadın və oğlu öldürülüb.

Hadisəni izah edən Hengav İnqilab Keşikçilərinin Dalahu mahalında "Məlesərane keçidi" adlanan yerdə iki vətəndaşı daşıyan Pride avtomobili atəşə tutduqlarını yazıb.

Öldürülən iki vətəndaşın, Kirmanşahın Dalahu şəhərinin beşik rayonundan olan qurbanların şəxsiyyətlərini 70 yaşlı Surət Veysi və 30 yaşlı Əli Əşrəf Rizayi açıqlanıb və onların cəsədləri Sərpolzəhabdakı Şohəda xəstəxanasına aparılıb.

Bu vətəndaşların güllələnməsinin səbəbi hələlik məlum deyil. Bununla belə, İran hökumət qüvvələri Kirmanşah əyalətində vətəndaşların avtomobillərinə qaçaqmal malların daşınması şübhəsi ilə öncələr də bir neçə dəfə atəş açıb.

Bu hadisələrin son hallarından birində, çərşənbə günü, martın 9-da polis əməkdaşları Kirmanşah əyalətinin Kəngavər kəsişməsi yaxınlığında Peugeot Pars avtomobilinə atəş açıb və onun sürücüsünü ayağından ağır yaralayıb.

Hələlik heç bir rəsmi və ya məmur atışmalara görə məsuliyyətə cəlb olunmayıb.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Siyasət

Noyabr etirazlarının məhbusu Səid Təmcidi girov qarşılığında sərbəst buraxılıb

Fevral 28, 2022
1 dəqiqədə oxunur
Noyabr etirazlarının məhbusu Səid Təmcidi girov qarşılığında sərbəst buraxılıb