close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Nazanin Zagharinin vəkili: Ümid edirəm ki, müvəkkilimlə bağlı xoş xəbər eşidərik

Mart 1, 2022
1 dəqiqədə oxunur
15 Mart 2022
15 Mart 2022

Təxminən 6 ilə yaxındır İranda həbsdə olan İran-Britaniya ikili vətəndaşlıqlı Nazanin Zagharinin vəkil müvəkkili ilə bağlı xoş xəbərin tezliklə gələcəyinə ümid etdiyini bildirib.

Höccət Kirmani bu gün, 15 Mart 2022-ci il, çərşənbə axşamı Reuters xəbər agentliyinə verdiyi müsahibədə, müvəkkilinin nə vaxt azadlığa buraxılacağı sualına cavab olaraq belə deyib: "Ümid edirəm ki, tezliklə yaxşı xəbərimiz olacaq."

Bu açıqlama ilə eyni vaxtda İnqilab Keşikçilərinə yaxın bəzi hesablar Nazanin Zagharinin tezliklə azad ediləcəyini açıqlayıb, çünki ingilislər İrana uzunmüddətli maliyyə borclarını ödəməyə razılaşıblar.

Nazanin Zagharinin vəkilinin və İnqilab Keşikçilərinə yaxın bəzi hesabların açıqlamaları, onun həyat yoldaşı də daxil olmaqla, yaxın ailə üzvlərinin onun tezliklə azadlığa buraxılmasından xəbərsiz olduğu vaxta təsadüf edir.

İkili İran-Britaniya vətəndaşı olan Nazanin Zaghari 2016-cı ilin aprelində Tehran hava limanında həbs edilib və Tehran İnqilab Məhkəməsi onu “casusluq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edib; Məhkəmənin və hökmün bütün mərhələlərində o və ailəsi tərəfindən ittiham rəd edilib.

Cəzasının başa çatmasına baxmayaraq, İslam Respublikasının məhkəmə sistemi onun barəsində yeni iş açıb və yenidən həbsə məhkum edib.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

Şərhlər

Özəl hesabat

Millət vəkili: Rusiya İranı girov götürüb

Mart 1, 2022
1 dəqiqədə oxunur
Millət vəkili: Rusiya İranı girov götürüb