close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Qadınlar

Şot şəhərində bir gənc qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülüb

Aprel 22, 2022
2 dəqiqədə oxunur
Şot şəhərində bir gənc qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülüb

Batı Azərbaycan əyalətinin ən məhrum şəhərlərindən biri olan Şot şəhərində gənc və uşaq nikahlı qadının dəhşətli qətli məlumatlı bir mənbə tərəfindən İranwire-ə bildirib.

Bu gənc qadının kimliyi “Zəhra Zeynalpur”dur və o, 2000-ci ildə anadan olub.

İranwire-ə danışan məlumat mənbə deyir: Zəhra 14-15 yaşında ailə qurub, indi də üç yaşlı uşaq anasıdır. Həyat yoldaşı bütün bu illər ərzində ona xəyanət edirdi. Bu qadının gözü qarşısında başqa qadınları cinsi əlaqə üçün evlərinə gətirir və hər dəfə ona etiraz edəndə Zəhranı şiddətə məruz qoyurdu. Sonuncu dəfə bu zorakılıq ən pis şəkildə baş verdi və Zəhranın həyatına son qoydu”.

Qətlin təfərrüatlarına gəlincə, o deyir: “Aprelin 16-da Zəhra ərinin əxlaqsızlığına və nalayiq hərəkətlərinə yenidən etiraz edərək, ona hər şeyi ailəsinə deyəcəyini bildirib. Atasına zəng etmək istəyirdi. Bir anın içində həyat yoldaşı Zəhranın üstünə iyirmi litr benzin boşaltdı və kibritlə onu yandırdı. Soba da yanırdı və hər yerdə yanğın çıxmaya başladı, Zəhra isə ağır yanıqlar aldı”.

Yanğının qarşısı alındıqdan dərhal sonra həyat yoldaşı tərəfindən ədyala bükülən gənc qadın sağ qalmaq ümidi qalmadığı üçün Şot Şəhər Xəstəxanasına aparılıb. Xəstəxana işçilərinin sözlərinə görə, yanıq nəticəsində aldığı xəsarətlərin şiddəti çox yüksək olub və o, nəhayət, bu gün, 22 Apreldə dünyasını dəyişib.

Əldə edilən məlumata görə, gənc qadının həyat yoldaşı xəstəxanaya köçürüldükdən sonra qaçıb və bu xəbəri yazana qədər həbs olunmayıb.

Bu məlumatlı şəxsin sözlərinə görə, Şot şəhərində namus cinayətləri ilə bağlı xəbərlər ümumiyyətlə mediada işıqlandırılmır: “İnsanların baş verənləri gizlətməkdə qəribə bir şərikliyi var. Onların çoxu şəhərin reputasiyasının getdikcə pisləşdiyini deyir. Şəhərin reputasiyası insanların həyatından daha qiymətlidir”.

İranda bir çox uşaq hüquqları müdafiəçiləri İranda uşaq nikahının fəsadları barədə xəbərdarlıq ediblər.

Sahə fəalları uşaqların, xüsusən də 18 yaşına çatmamış evlənməyə məcbur edilən qızların müdafiəsiz vəziyyətdə olduqlarını və bunu nikah deyil, uşağın bədəninə və zehninə təcavüz hesab etdiklərini deyirlər.

Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsinin illik hesabatları göstərir ki, hər il 200-dən çox 10 yaşınadək qız və 10-14 yaş arası təxminən 35 min qız adətən özündən çox yaşlı ərkəklərə evləndirilir. Sistan və Bəlucistan, Kirmanşah, Lorestan, İlam, Kürdüstan və Kirman əyalətləri illik statistikanın ilk sırasındadır.

Şərhlər

Siyasət

Sulduzda Yaşayan mədəni fəal Fərdin Məkaridust bu şəhərinin kəşfiyyat İdarəsinə çağırılaraq dindirilib

Aprel 22, 2022
Sulduzda Yaşayan mədəni fəal Fərdin Məkaridust bu şəhərinin kəşfiyyat İdarəsinə çağırılaraq dindirilib