close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Qadınlar

Taliban gəldi; Qadınların universitetlər və dövlət idarələrində varlığı qadağan edildi

Avqust 5, 2021
3 dəqiqədə oxunur
Taliban gəldi; Qadınların universitetlər və dövlət idarələrində varlığı qadağan edildi

19 Avqust 2021

Hökumətin Talibanın əlindən çıxmasından iyirmi il sonra, bu qrup tərəfindən Əfqanıstanın süqutu ilə qadınların gələcəyi bəlli deyil. Universitetlər və bir çox media orqanı Taliban tərəfindən bağlandı və bəzi qadınlar iş yerlərində getdikdən sonra evlərinə göndərildi.

Daha öncə Taliban sözçüsü Zabihullah Mücahid, iranwire-ə verdiyi açıqlamada, qadınların fəaliyyətlərinin İslam qanunlarına uyğun olduğu təqdirdə işlərinə və təhsillərinə davam edə biləcəklərini söyləmişdi.

Əfqan qadınlarını nə gözlədiyi aydın deyil; Taliban rejiminin qaranlıq günlərinə qayıdacaqlar və ictimai arenadan uzaqlaşdırılacaqlar, yoxsa fəaliyyətlərinə davam edə bilərlər?

***

Əfqanıstanın Taliban tərəfindən süqutundan sonra ikinci günün səhərində qadınlar hələ də qorxu içərisindədir və bir çox qadın hüquqları fəalları və qadın fəallar evlərində gizləniblər. Bəziləri, əlbəttə ki, iş yerində olmağı bacardılar. Tolo News, Kabildəki vəziyyəti bir qadın media müxbiri tərəfindən bildirdi. Eyni zamanda, eyni gündə bir çox qadın hüquqları müdafiəçisi Kabildə toplaşaraq elan etdilər: "İş, təhsil və siyasi iştirak bizim haqqımızdır."

Başqa tərəfdən, xəbər qadınların universitetlərə və ofislərə girməsinə icazə verilmədiyini göstərir. Gələcəklərinin nə olacağı bəlli deyil anacaq görünən o ki vəziyyət heç yaxşı deyil. Dünya mediası qadınların səsini və narahatlığını dünyaya çatdırır, ancaq keçid danışıqları zamanı qadınların əldə etdiyi nailiyyətlərin nə dərəcədə qorunacağı bilinmir.

Qadınların dövlət idarələrinə girməsinə qadağa qoyulması təcrübəsində, Herat Əyalət Vergi İdarəsinin əməkdaşı Məsmə Əlkozi, iranwire-ə verdiyi açıqlamada, Heratın süqutundan sonra Taliban hökumət işçilərini ofislərinə getmələrini istədi, onun da getdiyini ancaq orada olmasına ehtiyac olmadığını eşitdi, çünki çağrış yalnız ərkək işçilər üçün idi.

Əlbəttə ki, Əlkozi də hicab geyinmişdi: "Həmişə olduğu kimi namaz çadırı geysəm də, Taliban döyüşçüləri ofisimə girməyimə icazə vermədilər. İdarələrdə qadınların olması ilə bağlı Taliban düşüncəsində müsbət bir dəyişiklik olacağını gözləmirdim. Ərkəklərin yanında ictimai arenada olmaq üçün mübarizə aparacağıq və qadınların bir daha hüquqlarından məhrum edilməsinə icazə verməyəcəyik. Taliban qadınların işə qayıtmasına icazə verməlidir."

Məsmə Əlkozi, bir çox Əfqan qadını kimi, ailəsini də təmin edir.

Taliban Əfqanıstanı 1990-cı illərin ikinci yarısında idarə etdi. O dövrdə qadınlar bir çox hüquqlarından məhrum edilmişdilər, hətta məktəbə gedə bilmirdilər. Qadınlar evlərindən şəri bir yaxını olmauanla eşiyə çıxanda, Taliban tərəfindən şiddət görüb və hətta qamçılandılar.

Əfqanıstan xalqının beynində belə bir xatirə, Taliban hərəkatının dəyişəcəyinə inanmağı çətinləşdirdi; Xüsusilə qazanclarını itirdiklərini düşünən və ya itirməkdən narahat olan qadınlar.

 

Heratda qadın tələbələrin dövlət universitetlərində dərslərə girmələrinə icazə verilməyib. Taliban, cinsiyyət bölgüsü tətbiq edilməyənə qədər universitetə buraxılmayacaqlarını xəbərdar edib. Talibana görə, heç bir ərkək müəllim qız şagirdlərə dərs verə bilməz.

Herat Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin tələbəsi Mojde Feyzzade, iranwire-ə verdiyi müsahibədə, Taliban tərəfindən ona qarşı edilən rəftarı belə izah etdi: "Universitetə girməyimə icazə vermədilər. Nə israr etsəm də qəbul etmədilər. Evə qayıtdım. Taliban üçün bizi universitetə getməkdən məhrum etməyin heç bir mənası yoxdur. Talabanın düşüncələri təəssüf etdiricidir. Qadınların cəmiyyətdə böyüməsinə və varlığına qarşı çıxırlar. Onlardan universitetə getməyimizi əngəlləyərək nəyi sübut etmək istədiklərini soruşuram."

Sosial mediada qadınların Herat Universitetinə getməsinin qadağan edilməsi xəbərləri etiraz dalğasına səbəb oldu. İctimai təzyiqdən sonra, Taliban qadınların universitetə getməsini qadağan etməyəcəklərini açıqladı.

Herat Universiteti bülletenində, universitetin rəhbəri Davud Munir, Taliban səlahiyyətlilərinə qadın professor və tələbələrin qadağan edilməsinin dərslərin başlanğıcında qırmızı bir xətt olduğunu və qadınların işləmək və təhsil almaq hüququndan məhrum edilməmələrini deyib.

Bülleten, Əfqanıstanın güney batısındakı Ali Təhsil Təşkilatının müavini Moləvi Nurolhəq Məzahirinin qadınların təhsil hüququndan heç vaxt məhrum edilməyəcəyini söylədiyini də bildirir. Taliban qadınlara təhsili qadağan etməyəcəyini qəbul etsə də, yenə də siniflərdə məcburi hicab və cinsiyyət ayrı -seçkiliyinə ehtiyac olduğunu israr edir.

Əfqanıstanlı qızlar Taliban rejiminin süqutundan sonra böyük uğurlar əldə ediblər. Əfqanıstan cəmiyyəti 20 ildir ki, yeni bir nəsil yetişdirmək və onların tərəqqisinə şahid olmaq üçün çalışır. Güc paylaşımından sonra müzakirələrin nə olacağı bilinmir. Amma görünür ki, İran İslam Respublikası məhdudiyyətləri, ayrı -seçkilik və zorakılığı, qadınları bərabər böyümədən məhrum etmək üçün "İslam Əmirliyi" üçün bir model halına gəlib. Bu vədlər keçid dövründə verilsə də, Taliban hakimiyyətə gəldikdən və bəlkə də beynəlxalq ictimaiyyətdən rəsmiyyətə tanındıqdan sonra vədlərini nə qədər yerinə yetirəcəkləri bəlli deyil.

 

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

İrandakı korona; Hərirçi: Hər gün 220 min nəfər Koronaya yoluxur

Avqust 4, 2021
2 dəqiqədə oxunur
İrandakı korona; Hərirçi: Hər gün 220 min nəfər Koronaya yoluxur