close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Qarabağ muharibəsində Azərbaycanı dəstəkləyən İki Ərdabili mədəni fəal şallaq və həbs cəzasına məhkum edildi

Dekabr 30, 2020
2 dəqiqədə oxunur
Qarabağ muharibəsində Azərbaycanı dəstəkləyən İki Ərdabili mədəni fəal şallaq və həbs cəzasına məhkum edildi

13 Yanvar 2021

Ərdəbildə yaşayan aktivistlər Əli Xeyrcu və Meysəm Colani toplam 8 ay həbs və 40 şallaq cəzasına məhkum edildilər.

Hakim Səccad Həbibiyanin rəhbərlik etdiyi Ərdəbil ikinci Ceza Məhkəməsinin 110 saylı şöbəsi, Bu iki mədəni fəalı, "Qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaqda iştirak etmək" ittihamı ilə hər birini dörd ay həbs və 20 şallaq cəzasına məhkum etdi.

Bildiriş hökmundə irəli sürülən ittiham Ərdəbildə Şeyx Səfi türbəsinə ikinci Qarabağ müharibəsində Azərbaycan ordusuna dəstək olaraq yazılmış bir şüarları ilə foto çəkmək olaraq açıqlandı. Bu şüarda Latın əlifbası ilə yazılmışdır: "Bir millət sizin Arxanızdadır, Azərbaycan ordusu"

Bu iki Ərdəbili vətəndaşa qarşı ittihamların iclası bu ilin 1 Dekabr tarixində Ərdəbil ikinci Ceza Məhkəməsinin 110 saylı şöbəsində keçirildi.

Bu ilin 1 Oktyabr tarixində təhlükəsizlik qüvvələrinin evlərinə basqın etməsi ilə "Əli Xeyrcu" və "Meysəm Colani" həbs edildilər.

Əli Xeyrcunun tutulduğu andan Iranwire-ə göndərilən şəkillər və videolar, onu döyülərək nəzarətə alındığı və ayrıca bu mədəni fəalının ailə üzvlərinində döyülməsi və təhqir edilməsi ilə müşayiət olunduğunu göstərir.

Ayrıca 3 Oktyabr şənbə günü həyat yoldaşının vəziyyətini izləmək üçün Ərdəbil İstintaq İdarəsinin 10 saylı şöbəsinə gedən Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə, Babək Nonəhalın birbaşa əmri ilə 24 saat saxlanıldı.

Ali Xeyrcu və Meysəm Colani, Ərdəbilin "Ciral" Parkındakı bir etiraz mitinqində həbs edilənlər ilə birlikdə, bir aydan çox həbsdə qaldıqdan sonra, 29 Noyabr Ərdəbil Həbsxanasının Müvəqqəti Gözaltı Mərkəzindən məhkəmə sonuna qədər 300 milyon Tümən girovu ilə müvəqqəti sərbəst buraxıldılar.

İkinci Qarabağ müharibəsi başladıqdan sonra İranın Dağlıq Qarabağ münaqişəsinə dair siyasətinə etiraz olaraq Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil və ölkədəki digər bəzi Türk şəhərləri daxil olmaqla etiraz mitinqləri keçirildi.

Mitinqlərdə yüzlərlə azərbaycanlı siyasi, mədəni və tələbə fəal nəzarətə alındılar. Bir çox məhbus fərqli şəhərlərin kəşfiyyat xidmətlərinə və təhlükəsizlik polisinə çağırıldıqdan sonra və bir çox fəal Təhlükəsizlik qüvvələrinin evlərinə və iş yerlərinə basqın etməsindən sonra həbs olundular.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Iranwire müxbiri Suriyada Livanın Hizbullah qüvvələrinin hədəf alındığını bildirdi

Dekabr 28, 2020
2 dəqiqədə oxunur
Iranwire müxbiri Suriyada Livanın Hizbullah qüvvələrinin hədəf alındığını bildirdi