close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Maaşını ala bilmədiyi üçün özünü yandıran işçi həyatını itirdi

May 26, 2022
1 dəqiqədə oxunur
Maaşını ala bilmədiyi üçün özünü yandıran işçi həyatını itirdi

Maaşını almadığı üçün özünü idarə binasının qarşısında yandıran Kohgiluyə əyalətinin Çarusa Su və Kanalizasiya İdarəsinin şirəçəkən işçisi aldığı xəsarətlərdən Şiraz xəstəxanasında dünyasını dəyişib.

İsna xəbər agentliyinin məlumatına görə, Çarusa rayonunun mərkəzi Qalarəisi şəhərinin su və kanalizasiya idarəsinin qarşısında üç gün öncə özünü yandıran işçi  dünyasını dəyişib.

Şəhərin Çarusa rayonunun meri "Şarmətullah Darbam" bu xəbəri təsdiqləyərkən deyib: “Bazar ertəsi bu rayonun mərkəzində Qalarəisi su və kanalizasiya idarəsinin qarşısında özünü yandıran işçi dünyasını dəyişib”.

O əlavə etdi: "Bu işçi əlavə müalicə üçün Şiraz Yanıq Xəstəxanasına göndərildi və o, dünən günortadan sonra, çərşənbə, 25 May 2022-ci ildə həyatını itirib."

Qeyd edək ki, bu işçinin özünü yandırmasına səbəb işçilərin maaşlarının gecikdirilməsi, eləcə də əmək müqaviləsinin statusunun qeyri-müəyyənliyi olub.

“Səid Fərhadi” adlı bu işçi Kohgiluyə şəhərinin Çarusa rayonunun su və kanalizasiya işçisi idi.

 

Şərhlər

Xəbərlər

ABŞ Qüds Qüvvələrinə bağlı bir neçə şəxs və quruma qarşı sanksiyalar tətbiq edib

May 26, 2022
1 dəqiqədə oxunur
ABŞ Qüds Qüvvələrinə bağlı bir neçə şəxs və quruma qarşı sanksiyalar tətbiq edib