close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

2023-cü ildə İranda 171 Bəluç vətəndaş edam edilib

İyun 3, 2024
1 dəqiqədə oxunur
2023-cü ildə İranda 171 Bəluç vətəndaş edam edilib

Halvash xəbər saytı İranda Bəluç vətəndaşların insan haqlarının pozulması ilə bağlı 2023-cü hesabatında İslam Respublikasının keçən il 171 Bəluç vətəndaşı edam etdiyini yazıb.

İyunun 3-də bazar günü dərc edilən bu hesabata görə, bu şəxslərin 133-ü (yüzdə 77) narkotik cinayətlərinə görə edam edilib.

Keçən il İranda Bəluç vətəndaşların edam edilməsinin digər səbəbləri arasında “qisas almaq” (yüzdə 19) və siyasi təhlükəsizlik ittihamlarını (yüzdə 2) qeyd etmək olar.

Amnesty International 2023-cü il üçün İranla bağlı hesabatında xəbərdarlıq edib ki, İslam Respublikası edam hökmündən əleyhdarları, etirazçıları və etnik azlıqları sıxışdırmaq üçün bir vasitə kimi istifadə etməyə davam edir.

Amnesty İnternational əlavə edib ki, 2023-cü ildə İranda edamların sayı öncəki illə müqayisədə artıb və narkotiklə bağlı ittihamlara görə edam cəzası demək olar ki, iki dəfə artıb.

Halvash, həmçinin 2023-cü ildə İran İslam Respublikasının agentləri və ya naməlum silahlı şəxslərin açdığı atəş nəticəsində 334 Bəluç vətəndaşın öldüğünü bildirib və əlavə edib ki, ötən il də 366 yanacaq daıyan Bəluç ölüb.

İllik hesabatın davamında ötən il İranda 273 Bəluç vətəndaşın da həbs edildiyi bildirilir.

Eyni zamanda, bu xəbər saytı vurğulayır ki, "Bəluçistanın tarixi məhrumiyyəti və zəif infrastrukturu" səbəbindən 2023-cü ildə Bəluç vətəndaşların insan hüquqlarının pozulmasına dair hesabatda təqdim olunan statistik məlumatlar yalnız sənədləşdirilmiş hallara həsr olunub və faktiki statistika bundan da çox ola bilər.

Şərhlər

Dini Azlıqlar

Bəm şəhərində Sünnilər üçün yegane namaz qılma yeri olan məkan təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb

İyun 3, 2024
1 dəqiqədə oxunur
Bəm şəhərində Sünnilər üçün yegane namaz qılma yeri olan məkan təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb