close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycan Ətraf Mühit Evi Dizmar rayonunun adının dəyişdirilməsinə etiraz edib

İyun 4, 2024
1 dəqiqədə oxunur
Azərbaycan Ətraf Mühit Evi Dizmar rayonunun adının dəyişdirilməsinə etiraz edib

İbrahim Rəisi və yanındakilərin helikopter qəzasında öldüyü Doğu Azərbaycanın “Dizmar” meşəsinin adının dəyişdirilərək “Şəhid Cumhur” qoyulması ətraf mühit fəallarının etirazına nədən olub.

Doğu Azərbaycan Ətraf Mühit və Davamlı İnkişaf Evi bu tarixi adın dəyişdirilməsinə qarşı çıxıb və Azərbaycanlı ətraf mühit fəalları tərəfindən yazılan bəyanat Ətraf Mühit Təşkilatı, Mədəni İrsTəşkilatı və İran parlamentinin üzvlərinə ünvanlanıb. 

Bəyanatda deyilib ki, yerin tarixi adının dəyişdirilməsi əvəzinə oranın yollarının çəkilməsinə, xilasetmə və yanğınsöndürmə imkanlarının yaradılmasına diqqət ayrılmalıdır.

Tarixi Dizmar rayonunun adının dəyişdirilməsi ətraf mühit fəallarının və bölgə əhalisinin narahatlığına səbəb olub. Onların dedyinə görə bu ad bölgə xalqının mədəniyyət tarixinin bir hissəsidir və onu dəyişmək gərginliyin artmasına və buna qarşı müqavimətin yaranmasına səbəb ola bilər.

Rəisi və onu müşayiət edən heyət mayın 19-da Doğu Azərbaycanda helikopter qəzasında ölüblər.

 

Şərhlər

Xəbərlər

2023-cü ildə İranda 171 Bəluç vətəndaş edam edilib

İyun 3, 2024
1 dəqiqədə oxunur
2023-cü ildə İranda 171 Bəluç vətəndaş edam edilib