close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda dərman qıtlığı diabet xəstələrinin həyatını təhlükəyə atıb

İyun 5, 2024
1 dəqiqədə oxunur
İranda dərman qıtlığı diabet xəstələrinin həyatını təhlükəyə atıb

İnsulinin çatışmazlığı və dərman qıtlığı diabet xəstələrinin üzləşdiyi problemlərdəndir və bəzi dərmanların azlığı bəzi diabet xəstələrinin həyatını belə təhlükə altına qoyub.

5 iyun Çərşənbə günü hesabatında Hammihan diabet xəstələri üçün xarici qələm insulini kimi əsas dərmanların normasını açıqladı və yazdı ki, xəstələr hər ay reseptlə paytaxtın bir neçə bölgəsindəki apteklərə baş çəkməlidirlər ki, nəhayət bəzilərində bu dərmanı tapa bilirlər.

Keçən illərdə İranda bir çox əsas dərmanların nadirliyi və hətta olmaması haqqında çoxsaylı hesabatlar dərc edilmişdir; talassemiyalı xəstələr də daxil olmaqla.

İran Talassemiya Assosiasiyasının rəhbəri Yunis Ərəbin sözlərinə görə, sanksiyaların qaytarılmasından, yəni 2018-ci ildən bu günə kimi 1100 talassemiya xəstəsi ehtiyac duyduqları dərmanların olmaması səbəbindən dünyasını dəyişib.

Ərəb ölkədəki talassemiya xəstələrinin təxminən yüzdə 40-nın xarici dərman qəbul etməkdən başqa yaşamaq imkanı olmadığını, lakin ötən il dərmanların cəmi yüzdə 12-nin xaricdən gətirildiyini vurğulayıb.

Bu il may ayının əvvəlində Qida və Dərman Təşkilatı diabet xəstələrinin istifadə etdiyi metformini 2023-cü ildə "İranda ən çox istifadə edilən dərman" elan edib.

Son bir il ərzində İranda bu dərmanın iki milyard 200 milyon ədəddən çoxu satılıb.

İran Diabet Assosiasiyasının qurucusu Əsədullah Rəcəbin sözlərinə görə, bu xəstələrin sayı hər il 300 min nəfər artaraq 400 min nəfərə çatır.

Şərhlər

Siyasət

Baqeri Kəni Suriyadakı Fələstin qruplarının başçıları ilə görüşüb

İyun 5, 2024
1 dəqiqədə oxunur
Baqeri Kəni Suriyadakı Fələstin qruplarının başçıları ilə görüşüb