close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Kəşfiyyat naziri: Adayların və onların tərəfdarlarının davranışlarına nəzarət edilir

İyun 6, 2024
ایران‌وایر
1 dəqiqədə oxunur
Kəşfiyyat naziri: Adayların və onların tərəfdarlarının davranışlarına nəzarət edilir
Kəşfiyyat naziri: Adayların və onların tərəfdarlarının davranışlarına nəzarət edilir

2024-cü il prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etmək üçün qüvvələr başçılarının iclası 2024-cü il iyunun 5-də keçən gecə prezident aparatında keçirilib.

“İranwire”in əldə etdiyi xəbərə görə, “Eghtesad Online” xəbər agentliyinin verdiyi məlumata görə, bu görüş prezidentin səlahiyyətlərini icra edən, məhkəmə hakimiyyətinin rəhbəri, parlement sədri, prezidentin kəfili, prezdentin hüquqi müavini, Kəşfiyyat naziri, Rabitə və Texnologiyaları Naziri və Radio və Televiziya Təşkilatının rəhbərinin qatılımı ilə keçirilib.

Bu görüşdə Kəşfiyyat naziri seçki yarışlarının vəziyyəti və bəzi əxlaqsızlıqlarla bağlı məruzə ilə çıxış edərək, adayların və onların tərəfdarlarının davranışlarının tam qərəzsiz və davamlı şəkildə izləniləcəyini, dağıdıcı yanaşma tərzini mənimsəyənlərə qarşı tədbir görüləcəyini vurğulayıb və deyib ki, zəruri xəbərdarlıqlar edilir və lazım gəldikdə onun hesabatı məhkəmə orqanlarına təqdim edilir.

“İsmail Xətib” elan etdi ki, bu nazirlik xarici düşmənlərin cəmiyyətin ruhi dincliyini pozmaq üçün dağıdıcı planı ilə məşğul olmağa çalışır ki, insanlar sağlam mühitdə və düşmənin müdaxiləsindən uzaqda öz seçimlərini edə bilsinlər.

Bu görüşün başqa hissəsində Radio və Televiziya Təşkilatının rəhbəri adayların reklam proqramlarının, xüsusilə debat və dəyirmi masaların keçirilməsi ilə bağlı son tədbirlər haqqında da məruzə edib və əyalət və televiziya şəbəkələrinin ve telewibion imkanlarından da istifadə ediləcəyini vurğulayıb.

Prezident səlahiyyətlərini icra edən “Məhəmməd Mwxbir” də vurğuladı ki, dövlət, ictimai və qeyri-dövlət qurumlarının vəzifəli şəxslərinin, rəsmi və işçilərinin vəzifələrindən istifadə edərək adayların lehinə və ya əleyhinə reklam aparmaq hüququ yoxdur. Baytul Mal imkanlarından adayların xeyrinə və ya zərərinə istifadə etməməyə diqqətli olduğunu vurğuladı.

Şərhlər

Məhbuslar

Türk məhbuslar Kərim İsmayılzadə və Mürtəza Pərvinə tibbi yardım göstərilmir

İyun 6, 2024
1 dəqiqədə oxunur
Türk məhbuslar Kərim İsmayılzadə və Mürtəza Pərvinə tibbi yardım göstərilmir