close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İran dünyada kosmetika istehlakına görə birinci yerdədir

İyun 7, 2024
1 dəqiqədə oxunur
İran dünyada kosmetika istehlakına görə birinci yeri tutur və bazardakı məhsulların yüzdə 80-dən çoxu antisanitardır.

“Bazar” iqtisadi saytının məlumatına görə, İranda kosmetikadan istifadə yaşı hər keçən gün o həddə qədər aşağı düşür ki, bu kosmetik vasitələrdən istifadə yaşı 14-ə çatıb, hətta daha da aşağı düşüb, azyaşlıların yaşına çatıb. Bu arada, beynəlxalq statistikaya görə, dünyada kosmetika istehlakçılarının orta yaşı 25-dir.

Amma narahatedici problemə çevrilən təkcə istehlak yaşı deyil. İranda hər bir ailə üçün kosmetika almaq xərcləri 5 il ərzində yüzdə 22, ölkədə kosmetika istehlakı isə 20 il əvvəllə müqayisədə 4-5 dəfə artıb.

Bu yüksək istehlakın ortasında bəzi daxili statistikalar istehlak kosmetikasının yüzdə 80-nin qaçaqmalçılıq və antisanitar bazarda alınıb satıldığını bildirir.

İndiyədək qeyri-standart kosmetikadan istifadə nəticəsində yaranan 296 xəstəlik növü məlum olub ki, bunlardan ən çox yayılanı dəri iltihabı, üzdəki sızanaqlar, dəri həssaslığı, allergiya, sonsuzluq, abort, qaraciyər xəstəlikləri və xərçəng növləridir.

Şərhlər

Siyasət

Üç Avropa dövlətinin İranın nüvə məsələsi ilə bağlı Təhlükəsizlik Şurasına məktubu

İyun 7, 2024
2 dəqiqədə oxunur
Üç Avropa dövlətinin İranın nüvə məsələsi ilə bağlı Təhlükəsizlik Şurasına məktubu