close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Saxlanılan bir Bəluç vətəndaş hökumət qüvvələrinin işgəncələri altında ölüüb

İyun 17, 2024
1 dəqiqədə oxunur
Saxlanılan bir Bəluç vətəndaş hökumət qüvvələrinin işgəncələri altında ölüüb

Bəluçistanın insan haqları mediası həbs edilmiş “Məhəmməd Gorgic” adlı Bəluç vətəndaşın ölüm xəbərini yayıb və bu vətəndaşın İslam Respublikası agentlərinin işgəncələri altında öldürüldüyünü yazıb.

“Shivar News” xəbər agentliyinin verdiyi xəbərə görə, 31 yaşlı Məhəmməd Gorgic evli və 3 uşaq atası olub və o, ötən cümə günü Zahidanın narkotiklərlə mübarizə qərargahının təcridxanasında zabitlərin işgəncələri nəticəsində öldürülüb.

Bu xəbər agentliyinin xəbərinə görə, ötən çərşənbə günü Məhəmməd Gorgic hərbi qüvvələr tərəfindən atasının evində həbs edilib və ailəsinin onun həbsindən üç gün boyunca xəbəri olmayıb.

Shivar News əlavə edib ki, üç gün sonra, cümə günü səhər saatlarında Zahidan şəhərinin Narkotiklərlə Mübarizə İdarəsi Gorgic ailəsi ilə əlaqə saxlayıb və onların oğlunun bu idarənin təcridxanasında öldüyünü bildirib.

Məhəmməd Gorgicin kəllə sınığı, ayağının altı və kürəyində dərin kəsiklər və alnının dərisi soyulmuşdur və meyiti şikayət etməmək şərti ilə ailəsinə təhvil verilib.

Şərhlər

Xəbərlər

Həcc mərasimi zamanı ən azı beş iranlı zəvvar ölüb

İyun 17, 2024
1 dəqiqədə oxunur
Həcc mərasimi zamanı ən azı beş iranlı zəvvar ölüb