close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Sel və dolu Xiyavın bağlarına və əkin sahələrinə yüzdə 80-100 ziyan vurub

İyun 18, 2024
1 dəqiqədə oxunur
Sel və dolu Xiyavın bağlarına və əkin sahələrinə yüzdə 80-100 ziyan vurub

Son bir neçə gün içində yağan güclü yağış və dolu səbəbiylə daşqınların ardınca Doğu Xiyav, Mərkəzi və Muradlu bölgəsinin üç hissəsinin kəndlərində bağ və əkin sahələrinə ciddi ziyan dəyib.

Xiyav fərmandarı Şəhram Məhəmmədi İranın dövlət xəbər agentliklərinə müsahibəsində Xiyavın 16 kəndində bağ və əkin yerlərinə çoxlu miqdarda ziyan dəydiyini bildirib.

Xiyav fərmandarı bununla bağlı deyib: Dolu səbəbilə Xiyavdə bağ və əkinçilik sahələrinin böyük bir hissəsi məhv olub və bu şəhərin bağlarına və əkin sahələrinə yüzdə 80-100 ziyan vurub

Sosial şəbəkələrdə yayılan videolara görə, insanların və könüllü dəstələrin köməyi ilə bir neçə avtomobil və selin qurbanı olan yolcuların xilas edildiyi bildirilir.

Ötən günlərdə baş verən daşqınlar Xiyav və Əhər şəhərləri arasında ilətişim yolunun dağılmasına və körpülərin dağılmasına səbəb olub və bir neçə kəndin rabitə yollarını bağlayıb.

İndiyədək Azərbaycanın müxtəlif bölgələrində yağan güclü dolu və daşqınlar nəticəsində dəyən ziyanın miqdarı barədə dəqiq hesablama aparılmasa da, görünən odur ki, kənd obyektləri və infrastrukturu olmadığından dəymiş ziyanın miqdarı xeyli çoxdur.

Şərhlər

Xəbərlər

Saxlanılan bir Bəluç vətəndaş hökumət qüvvələrinin işgəncələri altında ölüüb

İyun 17, 2024
1 dəqiqədə oxunur
Saxlanılan bir Bəluç vətəndaş hökumət qüvvələrinin işgəncələri altında ölüüb